TOP 10

FİFA Olimpiada üçün yaş məhdudiyyətini dəyişdi

Dünya Futbolu
Tarix: 2020-04-04 12:42

FİFA Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış edən futbolçular üçün yaş məhdudiyyətini dəyişdirib. Sport24.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, qurum, yaş limitini 23-dən 24-ə yüksəldib. 


Bu dəyişikliyə səbəb turnirin koronavirus pandemiyası səbəbiylə 2020-ci ildən 2021-ci ilə keçirilməsidir.


Bundan başqa, komandalar heyətə qoyulan yaş həddindən böyük 3 futbolçu da daxil edə bilərlər.


Turnirdə ümumilikdə 16 komanda iştirak edəcək. Bu komandalardan 14-ü məlumdur: Yeni Zelandiya, Argentina, Braziliya, Misir, Fil Dişi Sahili, Cənubi Afrika, Səudiyyə Ərəbistanı, İspaniya, Fransa, Almaniya, Rumıniya, Cənubi Koreya, Yaponiya, Avstraliya.

CBCsport
02 Iyun 2020
01 Iyun 2020
B.eÇ.aÇC.aCŞB