TOP 10

"Neftçi"nin sabiq legioneri: "Həftədə bir dəfə çölə çıxa biləcəyik"

Futbol
Tarix: 2020-04-04 11:40

“Problem daha çox Guayaquil şəhərindədir, televiziyada gördüklərimiz bizi təəccübləndirdi. Sizinlə eyni şeyləri gördük. İşlərin o səviyyədə olduğunu təsəvvür etmirdik. Yaşadığım Ambato şəhərində isə 12 yoluxma halı qeydə alınıb. Narahatlıq var, çünki bu prosesi idarə etmək olmur”. Sport24.az bu fikirləri “Neftçi”nin çilili sabiq legioneri İqnasio Errera Çilinin AS nəşrinə müsahibəsində deyib.

 

Ekvadorun “Muşuk Runa” klubunda çıxış edən 33 yaşlı hücumçu ölkədə koronavirusla bağlı vəziyyətdən danışaraq hazırkı durumun yaxşı olmadığını söyləyib: “Bu qədər sürətli inkişaf edəcəyini gözləmirdilər. Ekvador xristianların çox olduğu ölkədir, dua etməyə, özlərinə qayğı göstərməyə, evdə qalmağa və həddindən artıq tədbir görməyə çağırırlar”.

 

İqnasio Ekvadorda növbəti həftə ciddi komendant saatının tətbiq olunacağını əlavə edib: “Şəxsiyyət vəsiqəsi ilə həftədə bir dəfə çölə çıxa və yalnız marketlərə gedə biləcəyik. Ambatoda bütün tədbirlər vaxtında həyata keçirildi, Guayaquildə isə biganə yanaşıldl. Çiliyə qayıtmaq istəməmirəm və hazırkı komandasında özünü xoşbəxt hiss edirəm"

 

Qeyd edək ki, Errera 2017-ci ilin yanvarından 2018-ci ilin iyununadək "Neftçi"nin formasını geyinib.

 

CBCsport
02 Iyun 2020
01 Iyun 2020
B.eÇ.aÇC.aCŞB