TOP 10

Region Liqasının lideri koronavirusla mübarizəyə dəstək oldu - fonda vəsait köçürdü

Futbol
Tarix: 2020-04-03 13:14

Region Liqasının təmsilçisi “Ağsu Siti” koronavirusla mübarizəyə dəstək olub. Sport24.az xəbər verir ki, Ağsu təmsilçisi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 manat vəsait köçürüb.

 

Bununla bağlı klubun "Facebook" səhifəsində məlumat yerləşdirilib: "Hazırda Azərbaycanı və bütövlükdə dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizə üçün hər kəs səfərbər olub. Azərbaycanda bu virusa qarşı mübarizə üçün Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna cəmiyyətin müxtəlif təbəqələrindən yardımlar edilir. “Ağsu Siti” klubu olaraq biz də bu nəcib missiyadan kənarda dura bilməzdik. Klub özü çətin günlər yaşasa da, müxtəlif vasitələrlə təzyiqlərlə üzləşsə də, hazırda ilk məqsəd koronavirus bəlasından qurtulmaq üçün əlindən gələn dəstəyi göstərməyi özünə vəzifə bilir. Bildirək ki, klubumuz öz imkanları daxilində Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 (yüz əlli) AZN köçürdü. “Ağsu Siti” olaraq cəmiyyətin bütün təbəqəsindən olan vəzifəli və imkanlı şəxsləri koronavirusla mübarizəyə dəstəyə çağırırıq. Arzumuz və duamız budur ki, tezliklə bu bəla Vətənimizdən, dünyamızdan uzaqlaşsın" #BizBirlikdəBacaracağıq

 

Xatırlada qki, "Ağsu" Mərkəz zonasının vahid lideri olaraq pley-off mərhələsinə vəsiqəni təmin edən ilk Region Liqası təmsilçisidi. 

 

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB