TOP 10

Millətlər Liqasında pley-off oyunlarının yeni tarixi müəyyənləşdi

Dünya Futbolu
Tarix: 2020-04-01 17:29

AVRO-2020-nin pley-off oyunlarının tarixi dəyişdirilib. Sport24.az xəbər verir ki, bu barədə UEFA qərar qəbul edib.

 

Quruma üzv olan 55 milli assosiasiyanın baş katibi ilə bugünkü videokonfransda yığmaların pley-off mərhələsindəki qarşılaşmalarının yeni vaxtı müəyyənləşib. İyunda keçirilməsi nəzərdə tutulan görüşlər sentyabra salınıb.

 

Qeyd edək ki, UEFA yığmaların iyundakı yoldaşlıq görüşlərini ləğv edib.

 

 

Pley-off oyunları
A liqası

İslandiya - Rumıniya
Bolqarıstan - Macarıstan

 

B liqası
Bosniya və Herseqovina - Şimali İrlandiya 
Slovakiya - İrlandiya

 

C liqası
Şotlandiya - İsrail
Norveç - Serbiya

 

D liqası
Gürcüstan - Belarus
Şimali Makedoniya - Kosovo

CBCsport
02 Iyun 2020
01 Iyun 2020
B.eÇ.aÇC.aCŞB