TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - snayperlər görüşəndə...

Futbol
Tarix: 2020-04-01 19:20

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyilə keçirilən "Azərbaycan futbolunun tarixiylə baş-başa" bilik yarışmasının doqquzuncu turunun dördüncü cütündə "Sabah" (Ruslan Abışov) və "Zirə" (Cavid Hüseynov) iştirakçı oldu.
 

Qeyd edək ki, ilk iki sual doqquzuncu turun bütün iştirakçıları üçün eynidı. Üçüncü sual oyunçuların təmsil olunduğu klubun tarixinə həsr olunub.

 

 

"Sabah" (Ruslan Abışov)

1. Bu legioner müxtəlif illərdə üç Azərbaycan klubunda çıxış edib və hər biri ilə Azərbaycan Kubokunun sahibi olub. Kimdən söhbət gedir?

- Denis Silva.

 

2. Azərbaycan təmsilçisi avrokuboklarda ilk səfər qələbəsini hansı komanda üzərində qazanıb?

- Hayfa “Makkabi”sini məğlub edən “Qarabağ”dı. Hesab 2:1 ağdamlıların xeyrinə olub. 


- "Sabah" və "Zirə" arasındakı son oyun hansı hesabla başa çatıb?

- 0:2 hesabıyla məğlub olduq.

 

 

"Zirə" (Cavid Hüseynov)

1. Bu legioner müxtəlif illərdə üç Azərbaycan klubunda çıxış edib və hər biri ilə Azərbaycan Kubokunun sahibi olub. Kimdən söhbət gedir?

- Denis Silva.


2. Azərbaycan təmsilçisi avrokuboklarda ilk səfər qələbəsini hansı komanda üzərində qazanıb?

- İsrailin "Makkabi" klubu.


3. "Zirə" və "Sabah" arasındakı son oyun hansı hesabla başa çatıb?

- 2:0 hesabıyla qalib gəldik.

 

 

Bilərəkdən bu cütü desertə saxladıq. Hər iki iştirakçı üç sualın öhdəsindən əla gəldi. Beləliklə, iştirakçıların hər birinə 2 xal qazandıran super heç-heçə qeydə alındı.

 

 

"Sabah" (Ruslan Abışov) - "Zirə" (Cavid Hüseynov) - 3 3
 

CBCsport
02 Iyun 2020
01 Iyun 2020
B.eÇ.aÇC.aCŞB