TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - favoritlər qalibi müəyyənləşdirmədi

Futbol
Tarix: 2020-04-01 17:14

Sport24.az və Football24.az-ın ortaq layihəsi olan, PFL-in dəstəyilə keçirilən "Azərbaycan futbolunun tarixiylə baş-başa" çempionatının doqquzuncu turunun üçüncü cütündə rəqiblər "Sumqayıt" (İlqar Qurbanov) və "Neftçi" (Aqil Məmmədov) oldu.

 

Qeyd edək ki, ilk iki sual doqquzuncu turun bütün iştirakçıları üçün eynidı. Üçüncü sual oyunçuların təmsil olunduğu klubun tarixinə həsr olunub.

 

 

"Sumqayıt" (İlqar Qurbanov)

1. Bu legioner müxtəlif illərdə üç Azərbaycan klubunda çıxış edib və hər biri ilə Azərbaycan Kubokunun sahibi olub. Kimdən söhbət gedir?

- Denis Silva.

 

2. Azərbaycan təmsilçisi avrokuboklarda ilk səfər qələbəsini hansı komanda üzərində qazanıb?

- “Qarabağ” qalib gəldiyini xatırlayıram, amma rəqibi yox.

 

3. "Sumqayıt" tarixində ən ağır məğlubiyyəti bu rəqibdən alıb. Bu görüş həm də komandanızın iştirakıyla ən məhsuldar matç olub. Nəticəni deyərdin...

- 1:8. "Sumqayıt" "Neftçi"yə bu hesabla uduzması yadımdadı. 


 

 

"Neftçi" (Aqil Məmmədov)

1. Bu legioner müxtəlif illərdə üç Azərbaycan klubunda çıxış edib və hər biri ilə Azərbaycan Kubokunun sahibi olub. Kimdən söhbət gedir?

- Denis Silva.

 

2. Azərbaycan təmsilçisi avrokuboklarda ilk səfər qələbəsini hansı komanda üzərində qazanıb?

- İsrailin "Makkabi" klubu.


3. "Neftçi" avrokuboklarda ilk dəfə iki mərhələni hansı baş məşqçinin rəhbərliyi altında keçib?

- Ağasəlim Mircavadov.

 

İlqar Qurbanov bu dəfə kifayət qədər yaxşı çıxış etdi, demək olar ki, bütün sualları cavablandırdı. Bizdə yarımxallıq cavablar qəbul olunsaydı, onda" Sumqayıt" 2,5 xal toplamış olardı. Aqil Məmmədovdan fərqli olaraq, Qurbanov Avropa yarışlarında ilk səfər qələbəmizlə bağlı sualın öhdəsindən gələ bilmədi. Həqiqətən bu komanda “Qarabağ”dı, amma sual Azərbaycan klubunun rəqibinə aid idi. "Neftçi"nin klub sualına gəlincə, ilk dəfə ukraynalı Anatoli Demyanenkonun rəhbərliyi altında Avropa yarışlarında iki mərhələ keçib. Bu, 2008/09 mövsümündə İntertoto kubokunda baş verib.

 

Bununla da liderlərin qarşılaşmasında qalib müəyyənləşmədi.
 

 

 

“Sumqayıt” (İlqar Qurbanov) - “Neftçi” (Aqil Məmmədov) - 2:2
 

CBCsport
02 Iyun 2020
01 Iyun 2020
B.eÇ.aÇC.aCŞB