TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - "Səbail" iki dəfə hədəfə düşdü, ancaq "Qarabağ"...

Futbol
Tarix: 2020-04-01 15:17

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyi ilə "Azərbaycan futbolu tarixiylə baş-başa" bilik yarışmasının doqquzuncu turunun ikici cütü "Qarabağ" (Qara Qarayev) və "Səbail"dən (Rahid Əmirquliyev) ibarət oldu. 

 

Qeyd edək ki, ilk iki sual doquzuncu turun bütün iştirakçıları üçün eynidı. Üçüncü sual oyunçuların təmsil olunduğu klubun tarixinə həsr olunub.

 

 

"Qarabağ" (Qara Qarayev)

1. Bu legioner müxtəlif illərdə üç Azərbaycan klubunda çıxış edib və hər biri ilə Azərbaycan Kubokunun sahibi olub. Kimdən söhbət gedir?

- Denis Silva.

 

2. Azərbaycan təmsilçisi avrokuboklarda ilk səfər qələbəsini hansı komanda üzərində qazanıb?

- Bu, "Qarabağ"ın İsrail "Makkabi" üzərində qələbəsi - 2:1 hesabıyla nəticələnmişdi. Cavab oyununu tribunadan izlədim, 0:1 hesabı ilə məğlub olsalar da, İntertoto Kubokunda ilk mərhələni keçdi.

 

3. "Qarabağ" Qurban Qurbanovun təyinatına qədər son titulunu hansı baş məşqçinin rəhbərliyi altında qazanıb?

- Böyükağa Ağayevlə, Azərbaycan Kuboku qazanılıb. 

 

 

"Səbail" (Rahid Əmirquliyev)

1. Bu legioner müxtəlif illərdə üç Azərbaycan klubunda çıxış edib və hər biri ilə Azərbaycan Kubokunun sahibi olub. Kimdən söhbət gedir?

- Denis Silva.

 

2. Azərbaycan təmsilçisi avrokuboklarda ilk səfər qələbəsini hansı komanda üzərində qazanıb?

- Xatırlaya bilmirəm.


3. Rahid Əmirquliyev hansı komanda ilə görüşdə “Səbail"də yeganə qolunu vurub? Maraqlıdır ki, bir müddət sonra bu qol ləğv edilib...

- "Zirə" ilə görüşdə (1:1) hesabı bərabərləşdirdim. Lakin rəqib protokolu dolduranda səhv etdiyinə görə ona texniki məğlubiyyət verildi.

 

Rəqiblər bir-birlərinə layiq idi. Yeri gəlmişkən, Ramin Musayev sanki falabaxan imiş. Belə kİ, PFL prezidenti ilk dövrənin saytımıza verdiyi müsahibədə çempionatın ikinci hissəsində Qara Qarayevin artıracağı ilə bağlı proqnoz verdi. Ağdamlıların yarımmüdafiəçisi Musayevin proqnozunu artıqlamasıyla doğruldaraq yenə də bütün suallara cavab verdi. Əmirquliyev isə əksinə, super-heçəyə nail olmaq üçün bir az kifayət etmədi.
 

 

 

"Qarabağ" (Qara Qarayev) - "Səbail" (Rahid Əmirquliyev) - 3:2
 

24 Noyabr 2020
23 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB