TOP 10

Bu gün UEFA-da videokonfrans günüdü

Futbol
Tarix: 2020-04-01 12:49

UEFA ona üzv olan 55 ölkənin federasiya rəsmiləri ilə bu gün videokonfrans keçirəcək. Sport24.az xəbər verir ki, günorta saatlarında assosiasiyaların baş katibləriylə bağlantı qurularaq koronavirus pandemiyasına görə dayandırılan milli çempionatların və Avropa kuboklarının bərpası müzakirə ediləcək.

 

Görüş zamanı iki həftə əvvəl yaradılan İşçi Qrupunun fəaliyyəti, həmçinin koronavirus pandemiyası ilə bağlı ölkələrdəki son vəziyyət müzakirə ediləcək. İclasda milli komandaların yeni təqvim məsələsi, "transfer pəncərəsi"ni tənzimlənməsi prosesi, futbolçuların müqavilələri nəzərdən keçiriləcək.

 

Qeyd edək ki, UEFA-ya üzv olan 55 ölkədən yalnız Belarusda çempionat dayandırılmayıb.

CBCsport
28 May 2020
B.eÇ.aÇC.aCŞB