TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - "Qəbələ" üçün asan "yem"

Futbol
Tarix: 2020-04-01 14:00

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyilə keçirilən "Azərbaycan futbolu tarixiylə baş-başa" layihəsində tədricən başa çatmaq üzrədi. Premyer Liqasının bütün təmsilçiləri arasında maraqlı qarşılaşmalar həyəcanlı mübarizə şəraitində keçir. Doqquzuncu turun oyunları da bu baxımdan istisna olmadı. Hesabat turunun ilk matçında autsayder "Keşlə" (Tərlan Quliyev) və mükafatlar uğrunda mübarizə aparan "Qəbələ" (Asif Məmmədov) görüşdü.

 

Qeyd edək ki, ilk iki sual doquzuncu turun bütün iştirakçıları üçün eynidı. Üçüncü sual oyunçuların təmsil olunduğu klubun tarixinə həsr olunub.

 

 

"Keşlə" (Tərlan Quliyev)

1. Bu legioner müxtəlif illərdə üç Azərbaycan klubunda çıxış edib və hər biri ilə Azərbaycan Kubokunun sahibi olub. Kimdən söhbət gedir?

- Bilmirəm.

 

2. Azərbaycan təmsilçisi avrokuboklarda ilk səfər qələbəsini  hansı komanda üzərində qazanıb?

- Yadımda deyil.

 

3. Azərbaycan kubokunu qazanmaq üçün "İnter" (indiki "Keşlə") neçə final oynamalı oldu?

- Üç.

 

 

"Qəbələ" (Asif Məmmədov)

1. Bu legioner müxtəlif illərdə üç Azərbaycan klubunda çıxış edib və hər biri ilə Azərbaycan Kubokunun sahibi olub. Kimdən söhbət gedir?

- Denis Silva.

 

- Azərbaycan təmsilçisi avrokuboklarda ilk səfər qələbəsini hansı komanda üzərində azanıb?

- Deyəsən, "Neftçi" oynadı, amma kimə qarşı olduğunu xatırlaya bilmirəm.

 

- "Qəbələ"nin tarixindəki ən yaxşı baş məşqçi olan Roman Qriqorçuk bu görüş ərəfəsində demişdi: "Səhərə qədər oynamağa hazıram, təki burdan mərhələ keçməklə gedək". Bu, hansı matç idi?

- Bunu Avropa Liqasının pley-off mərhələsinin "Panatinaikos"la Afinadakı matç (2:2) öncəsi mətbuat konfransında söyləmişdi.

 

"Keslə" sanki autsayder roluyla barışıb. Tərlan Quliyevdə həvəs yoxdu. Asif Məmmədovun bir neçə suala cavab verməklə asan qələbə qazanmaq çətin olmadı. Məmmədov yalnız ikinci sualın cavabını xatırlamadı. Söhbət "Qarabağ"ın İsraildə 2:1 hesabıyla "Makkabi"ylə (Hayfa) görüşdən gedir.

 

Tərlanın klubla bağlı sualına gəlincə, "İnter" ölkə Kubokunu beşinci cəhddən başı üzərinə qaldırmağı bacardı. Ən anlaşılmaz olan odur ki, 28 yaşlı müdafiəçi hazırkı komandasında çiyin-çiyinə oynamış, birgə Azərbaycan Kubokunu qazandığı braziliyalı həmkarı Denis Silva Kruzu belə xatırlaya bilmədi.

 

 

"Keşlə" (Tərlan Quliyev) - "Qəbələ" (Asif Məmmədov) - 0:2
 

 

 

 

24 Noyabr 2020
23 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB