TOP 10

"Lokomotiv"in baş məşqçisi: "Azərbaycan klubları futbolçularımıza ora getməyə dəyəcək qədər böyük maaş verə bilməyəcək"

Futbol
Tarix: 2020-04-01 10:40

Gürcüstanın "Lokomotiv" klubunun baş məşqçisi Levan Korgalidze öz ölkəsindən Qazaxıstana futbolçu axınının olmayacağını bəyan edib. Sport24.az xəbər verir ki,  Tiflis təmsilçisinin 40 yaşlı çalışdırıcısı bu zaman Azərbaycandan da söz açıb: "Təəssüf ki, İngiltərə Premyer Liqasının və digər Top liqalar Gürcüstandan olan futbolçularla maraqlanmır. Oyunçularımızın tələb olunduğu yerlərdə - Azərbaycanda, Qazaxıstanda və analoji liqalarda - indi problemlər var. Və onlar oyunçularımıza ora getməyə dəyəcək qədər böyük maaş verə bilməyəcəklər. Koronavirus pandemiyası bütün dünyaya təsir göstərdi, iqtisadiyyat hər yerdə ağır zərbə altındadı və bunun bütün futbol liqalarına neqativ təsir göstərəcəyi şübhəsizdi".

 

Xatırladaq ki, 80-ci illərin məşhur gürcü futbolçusu Otar Korgalidzenin oğlu olan Levan Gürcüstan, Latviya və Moldova klublarında çıxış edib, məşqçilik sahəsində isə daha əvvəl "Saburtalo" gənclər komandasında işləyib. 

 

 

CBCsport
02 Iyun 2020
01 Iyun 2020
B.eÇ.aÇC.aCŞB