TOP 10

UEFA “Başakşəhər”i cərimələdi

Dünya Futbolu
Tarix: 2020-04-01 09:39

UEFA Türkiyənin "Başakşəhər" klubunu 1500 avro cərimələyib. Sport24.az xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşlərinin Danimarka "Kopenhagen"i ilə Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda fişəng yandırmaları səbəb olub. 


Cərimə qərar kluba daxil olduqdan sonra 90 gün ərzində ödənməlidi.


Qeyd edək ki, martın 12-də "Fatih Terim" stadionunda keçirilmiş matç "Başakşəhər"in qələbəsi ilə yekunlaşıb - 1:0. Cavab görüşünün koronavirus pandemiyası ilə əlaqədar nə vaxt keçiriləcəyi məlum deyil.

CBCsport
02 Iyun 2020
01 Iyun 2020
B.eÇ.aÇC.aCŞB