TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - "Neftçi" zirvəyə yüksəldi

Futbol
Tarix: 2020-04-01 10:14

Sport24.az-ına Football24.az-ın ortaq layihəsi olan, PFL-in dəstəyi ilə keçirilən "Azərbaycan futbolunun tarixiylə baş-başa" səkkizinci turun matçları keçirildi. Yalnız bir cütdə tərəflərdən heç biri maksimal düzgün cavablar verə bilmədi.
 

Özü də bu, çempionluğa real namizəd olan komandaların qarşılaşmasında baş verdi. Rahid Əmirquliyev və İlqar Qurbanovla təmsil olunan  "Səbail" ilə "Sumqayıt" ikisinə cəmi 2 düzgün cavab verə bildilər. Bu heç-heçə "kimyaçılar"a liderliyi itirmək bahasına başa gəldi. Gərgin mübarizədə qələbə qazanan "Neftçi" bu çempionatda ilk dəfə turnir cədvəlinə başçılıq etdi. Düzdür, Aqil Məmmədovun rəqiblərindən üstünlüyü minimaldı və istənilən büdrəmə üstünlüyü əldən vermək demək ola bilər. Buna baxmayaraq, səkkizinci turdan sonra "ağ-qaralar" turnir cədvəlinə başçılıq edir.

 

"Qəbələ" - "Qarabağ" cütü də təəccübləndirdi. Bombardirlər yarışında 2-ci yerdə gedən Asif Məmmədov yalnız bir suala cavab verdi. Buna qarşılıq olaraq Qara Qarayev isə hər üç suala düzgün cavab verərək əla performans göstərdi.
 

Autsayderin iştirakıyla matça gəlincə, nəticəni əvvəlcədən proqnozlaşdırmaq olardı. Bu dəfə "Keşlə" "Sabah"a mübarizəsiz 3 xal verdi. Ancaq hər üç suala düzgün cavab verən Ruslan Abışovun əla göstəricisini qeyd etmək lazımdı. Bu qələbə "Sabah"ın ilk "3-lüy"ə qayıtmasına, Abışovun isə bombardirlər mübarizəsindəki mövqeyini möhkəmləndirməsinə imkan verdi. İndi Ruslanın aktivində 24 sualdan 18 düzgün cavab var.


 

"Qəbələ" - "Qarabağ" - 1:3
"Keşlə" - "Sabah" - 0:3
"Səbail" - "Sumqayıt" - 1:1
"Neftçi" - "Zirə" - 3:2
 

 

1. "Neftçi" 8 4 1 1 2 13-10 15
2. "Sumqayıt" 8 4 0 2 2 13-10 14
3. "Sabah" 8 3 1 2 2 18-14 13
4. "Qəbələ" 8 2 1 3 2 15-16 11
5. "Səbail" 8 2 1 3 2 13-14 11
6. "Zirə" 8 3 0 1 4 14-15 10
7. "Qarabağ" 8 2 0 4 2 12-11 10
8. "Keşlə" 8 1 0 2 5 7-15 5

 

Bombardirlər: Ruslan Abışov - 18, Asif Məmmədov - 15, Cavid Hüseynov - 14.

 

Doqquzuncu turdakı cütlər bunlardı: "Qarabağ" - "Səbail", "Sumqayıt" - "Neftçi", "Keşlə" - "Qəbələ", "Sabah" - "Zirə"

 

Qeyd edək ki, "Sumqayıt" İlqar Qurbanov,la "Səbail" Rahid Əmirquliyevlə, "Neftçi" Aqil Məmmədovla, "Qarabağ" Qara Qarayevlə, "Keşlə" Tərlan Quliyevlə, "Sabah" Ruslan Abışovla, "Zirə" Cavid Hüseynovla, "Qəbələ" Asif Məmmədovla təmsil olunub.
 

CBCsport
29 May 2020
28 May 2020
B.eÇ.aÇC.aCŞB