TOP 10

UEFA Emreni cəzalandırdı - Neymarı itələdiyi üçün

Dünya Futbolu
Tarix: 2020-03-31 22:00

UEFA Almaniyanın "Borussiya" (Dortmund) klubunun yarımmüdafiəçisi Emre Canı cəzalandırıb. Sport24.az xəbər verir ki, Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsi çərçivəsində Fransa PSJ-si ilə Parisdəki cavab matçında qırmızı vərəqə alan Türkiyə əsilli almaniyalı yarımmüdafiəçi 2 oyunluq diskvalifikasiya olunub.
 

26 yaşlı oyunçu sözügedən qarşılaşmanın 88-ci dəqiqəsində PSJ-nin hücumçusu Neymarı üzündən itələdiyi üçün meydandan qovulmuşdu.


Qeyd edək ki, "Borussiya" Dortmundakı ilk matçda (2:1) qələbə qazansa da, cavab görüşündə məğlub olaraq (0:2) ÇL-lə vidalaşıb.

CBCsport
29 May 2020
28 May 2020
B.eÇ.aÇC.aCŞB