TOP 10

Abbasov futbolçuları tonusda saxlamaq üçün gördükləri işlərdən söz açdı: "Smartfonlarda xüsusi proqram var, onu yükləyirlər və..."

Futbol
Tarix: 2020-04-01 16:00

"Hazırki vəziyyət tək bizdə, digər klublarımızda deyil, bütün dünyada olan problemdi. Biz məşqçilərin üzərinə düşən odur ki, oyunçular üçün proqram tərdib edək, onlarla söhbətlər edək ki, həvəsdən düşməsinlər". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.

 

Gənc mütəxəssis koronavirus pandemiyası üzündən Premyer Liqamızın dayandığı bir vaxtda futbolçulara verdikləri fərdi məşq proqramları haqda bizə məlimat verib: "İnşallah, tezliklə çempionatımız bərpa olunacaq. Buna görə də futbolçular yüz faiz də olmasa, orqanizmləri oyunlara hazır olmalıdır. Bunun üçün futbolçuların üzərlərinə də böyük yük düşür. Onlar peşəkardırlar. Kimisə məcbur etmək də olmaz. Özləri formalarını qorumağı istəməlidi. Mən öz futbolçularıma hər zaman inanmışam və yenə inanıram. Bilirəm ki, onlar özləri-özlərinə nəzarət edirlər. Köməkçi məşqşilər də nəzarət edirlər, gündəlik danışırlar. Futbolçular öz məşqləri haqda bizə məlumat verirlər. Bu gün maksimum çalışırıq ki, bacardığımız qədər tonusu saxlayaq. Gün keçdikcə karantin rejimi də sərtləşdirilir. Bu günə kimi parklarda, dəniz kənarında qaça bilirdilərsə, artıq bu da qadağan olunub. Hazırda ancaq ev şəraitində olurlar və bizim də tövsiyəmiz odur ki, evdə qalsınlar və bacardıqları qədər proqramı yerinə yetirsinlər"

 

Real məşq olmadığı üçün nəzarət də çətin olur. Maraqlıdı, "Sumqayıt"ın məşqçiləri bu prosesi necə həyata keçirirlər? Abbasovu dinləyək: "Dediyim kimi, bu, real məşq deyil. Bilirsiniz, indi smartfonlarda xüsusi proqram var. Futbolçular onu yükləyirlər və onun vasitəsilə neçə kilometr qaçıblar, nə qədər kalori yandırıblar və digər məlumatları fiziki hazırlıq üzrə məşqçiyə (ispaniyalı Eduardo Balada-red.) göndərirlər. O da bu haqda mənə məlumat verir. Düzdür, bu proses çətindir, küçəyə çıxmaq problemdi. Bacardığımız qədər nəzarət edirik. Əsas olan oyunçuların psixoloji durumu, ruh yüksəkliyidi. Hamı problemi başa düşür. Əsas sağlamlıqdı. Ümüd edirəm ki, tez bir zamanda bu virusdan qurtulub real məşqlərə başlayacağıq".

 

 

 

 

FƏRƏC ASLANOV

CBCsport
29 May 2020
28 May 2020
B.eÇ.aÇC.aCŞB