TOP 10

Premyer Liqayla bağlı yeni iddia

Dünya Futbolu
Tarix: 2020-03-31 20:20

Koronavirus pandemiyası səbəbiylə dayandırılan İngiltərə Premyer Liqası ilə bağlı daha bir iddia ortaya çıxıb. Sport24.az Britaniya mətbuatına istinadən xəbər verir ki, aprelin 3-də 20 klubun iştirakı ilə iclasın keçirilməsi nəzərdə tutulur. 
 

Çempionatın may ayının əvvəli başlaması və iyulun 12-də tamamlanması müzakirə olunur. Bu halda, qərar qəbul olunsa, çempionatın qalan oyunları boş tribunalar önündə keçiriləcək. Premyer Liqa rəhbərliyinin maddi itkiləri nəzərə alaraq, belə qərar verəcəyi deyilir. Premyer Liqa rəhbərliyi əvvəlcə aprelin 3-nə, daha sonra isə 30-na qədər dayandırılan çempionatı üçüncü dəfə təxirə salmaq istəmir.


Bundan başqa, digər məlumata görə, İngiltərədə turnirlərin may ayında başlanmasına icazə verilməyəcək.

24 Noyabr 2020
23 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB