TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - "Neftçi" gərgin mübarizədə qalib gəldi

Futbol
Tarix: 2020-03-31 20:40

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyi ilə keçirilən "Azərbaycan futbolu tarixiylə baş-başa" çempionatının dördüncü cütü "Neftçi" (Aqil Məmmədov) və "Zirə"dən (Cavid Hüseynov) ibarət oldu.
 

Qeyd edək ki, ilk iki sual səkkizinci turun bütün iştirakçıları üçün eynidı. Üçüncü sual oyunçuların təmsil olunduğu klubun tarixinə həsr olunub.

 

 

Aqil Məmmədov ("Neftçi")

1. Azərbaycana avrokuboklarda ilk xalı qazandıran klubun baş məşqçisi kim olub? Həmin mütəxəssis bundan iki il sonra Azərbaycan milli komandasının baş məşqçisi postuna keçib...

- Vaqif Sadıqov.


2. Azərbaycan müstəqillik tarixində bir milli çempionat - 2001/02 mövsümü başa çatmayıb. Çempionatın yarımçıq dayandırıldığı həmin mövsümdə hansı klub lider idi?

- "Şəmkir".

 

3. "Neftçi"nin müstəqillik dönəmindəki bombardiri kimdi? 

- Samir Ələkbərov.

 

.

Cavid Hüseynov ("Zirə")

1. Azərbaycana avrokuboklarda ilk xalı qazandıran klubun baş məşqçisi kim olub? Həmin mütəxəssis bundan iki il sonra Azərbaycan milli komandasının baş məşqçisi postuna keçib...

- Kazbek Tuayev.


2. Azərbaycan müstəqillik tarixində bir milli çempionat - 2001/02 mövsümü başa çatmayıb. Çempionatın yarımçıq dayandırıldığı həmin mövsümdə hansı klub lider idi?

- 2001/02.

 

3. "Zirə" tarixində avrokuboklarda bir dəfə mərhələ keçərkən, rəqib kim olub?

- Lüksemburqdan "Differdanj" klubu.

 

 

Cavid Hüseynov iki suala düzgün cavab verməklə ən azı 1 xal ümid edə bilərdi. Onun yeganə büdrədiyi ilk sual oldu ki, Vaqif Sadıqovun yerinə Kazbek Tuayevin adını çəkdi. Ancaq bu, Aqil Məmmədova bütün suallara düzgün cavab verməklə qələbədən yapışmağa bəs etdi. 

 

Bu qələbə "Neftçi"ni birinci yerə çıxartdı. Maraqlıdır ki, çempionatda üçüncü turdan başlayaraq lider hər tur dəyişir. Beləliklə, bu dəfə də yeni liderimiz var.


 

 

"Neftçi" (Aqil Məmmədov) - "Zirə" (Cavid Hüseynov) - 3:2
 

CBCsport
29 May 2020
28 May 2020
B.eÇ.aÇC.aCŞB