TOP 10

Bundesliqa yenidən təxirə salındı

Dünya Futbolu
Tarix: 2020-03-31 18:40

Koronavirus pandemiyasına görə dayandırılan Almaniya Bundesliqası aprelin 2-də bərpa olunmayacaq. Sport24.az xəbər verir ki, bu barədə liqanın icraçı-direktoru Kristian Zayfert yerli mətbuata açıqlamasında bildirib.
 

Onun sözlərinə görə, çempionat aprelin 30-dək təxirə salınıb. Klublara aprelin 5-nə kimi məşq etməyə icazə verilməyəcəyini deyən Bundesliqa rəsmisi cari mövsümün ləğv olunma variantını da istisna etməyib.


Qeyd edək ki, Bundesliqa martın 13-də dayandırılmış, oyunlar aprelin 2-dək təxirə salınmışdı.
 

CBCsport
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB