TOP 10

Ozobiç Azərbaycanda qalmağı Xorvatiyaya yollanmaqdan daha yaxşı sayır: "Heç bir panikaya qapılmamışam"

Futbol
Tarix: 2020-03-31 18:19

"Futbolsuz qalmaq mənim üçün də çətindir. Heç bir panikaya qapılmamışam. Sadəcə, koronavirusa qarşı ehtiyatlı olmalıyıq”. Sport24.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Filip Ozobiç deyib. 

 

29 yaşlı xorvatiyalı yarımmüdafiəçi koronavirus pandemiyası səbəbindən evdən çıxmadığını açıqlayıb. O, karantin günlərinin tezliklə bitəcəyinə inam ifadə edib: “Günün daha çox hissəsini evdə keçirirəm. Ümidvaram ki, hər şey düzələcək. Əsas insanların sağlamlıqdır və bunu da qorumalıyıq".

 

Filip ölkəsində vəziyyətin Azərbaycanla müqayisədə daha pis olduğunu bildirib. Özobiç qeyd edib ki, Xorvatiyada koronavirusdan daha çox insanın əziyyət çəkir: "Orada vəziyyət daha çətindir. Çünki Xorvatiyada daha çox insan koronavirusa yoluxub. Üstəlik, Zaqrebdə güclü zəlzələ də baş verdi. Ona görə də Xorvatiyadakı vəziyyətin daha çətin olduğunu düşünürəm. Məncə, hazırda Azərbaycanda qalmaq Xorvatiyaya yollanmaqdan daha yaxşıdır".

 

Ozobiç Azərbaycan Premyer Liqasının bərpa edilib-edilməməsi və maaşların bir aylıq mümkün gecikməsi haqda da danışıb: "UEFA hansı qərarı verəcəksə, o da olacaq. Hələ ki, bu barədə bir söhbət yoxdur. Maaş məsələsi ilə bağlı da heç kim bizə nəsə deməyib. Bu barədə heç vaxt problemimiz olmayıb" (apasport.az).

CBCsport
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB