TOP 10

Legioneri "Qəbələ"də üzləşdiyi əsas çətinlikdən söz açdı: "Kökəlməmək üçün tədbir görürəm"

Futbol
Tarix: 2020-03-31 17:17

“Kanadada yaxşı mövsüm keçirməyim sayəsində Azərbaycandan mənə zəng gəldi. İqnasio Errera və Nikolas Kanalesin meneceri məni bu ölkəyə gətirdi. Bu, mənim üçün əhəmiyyətli addımdı".  Sport24.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin çilili futbolçusu Rodriqo Qattas öz ölkəsinin mətbuatına açıqlamasında deyib.

 

28 yaşlı hücumçu Azərbaycana seçimini izah edib: “İrəliləməyə davam etmək istəyirəm və Çilidə bu, alınmaya bilərdi. Buna görə də xaricdə oynamağı seçdim. Bu, mənim üçün yaxşı alındı. Səkkiz ay Kanadada oynadım, orada ingilis dilini öyrəndim. "Qəbələ"də isə bir neçə futbolçu ingilicsə danışa bilir və buna görə bir az çətindi. Burda urli klublar avrokuboklarda mübarizə aparır. Qalib Çempionlar Liqasında, daha üç komanda isə Avropa Liqasında iştirak etmək hüququ qazanır”.

 

Qattas ölkəmizdə koronavirusla bağlı vəziyyət və görülən tədbirlərdən də danışıb: “Bir ay yarım əvvəl buraya gəldim. Baş verənlərə görə iki həftədir ki, futbol oynamırıq. Burada virusa yoluxanlar çox deyil, sadəcə, tədbirlər görülür. Kökəlməmək üçün tədbir görürəm. Çünki insan evdə çox qalanda kilo alır".


 

 

CBCsport
29 May 2020
28 May 2020
B.eÇ.aÇC.aCŞB