TOP 10

Ayxan Abbasov futbolçusunun virtual baş məşqçisinin işinə qarışmamağı ən düzgün hesab etdi: "Cavidə verdiyiniz sual məni bir daha o günlərə qaytardı..."

Futbol
Tarix: 2020-03-31 18:00

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyilə keçirilən "Azərbaycan futbolu tarixiylə baş-başa" bilik yarışmasında ilk dövrə arxada qalıb. İlk 3 turdan sonra lider olan "Sumqayıt"lı İlqar Qurbanov sonradan ardıcıl məğlubiyyətlərlə mövqeyini itirsə, sona yaxın toparlanaraq zirvədə yerini qaytara bildi. Bunadək 34 yaşlı müdafəçinin virtual baş məşqçisi - onu çempionatda iştirak üçün seçən "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla söhbətləşmişdik. Bu dəfə tribunanı İlqarın əsl baş məşqçisi Ayxan Abbasova verdik.

 

- Premyer Liqa klublarımızın təmsilçiləri arasında keçirdiyimiz virtual çempionat hansı planda diqqətinizi çəkib?

- Bu çempionat haqda geniş məlumatım var, izləyirəm. Belə bir viktorinanın olması çox yaxşı haldı. Bilirsiniz ki, bu gün virusa görə tək futbol yox, digər sahələrdə fəaliyyət göstərmirlər. Belə olan halda, futbolçuların, oxucuların vaxtlarını maraqlı keçirmələri üçün yaxşı bir məşğuliyyətdi. Futbolumuzun tarixi var və hər kəs bu yarışdan faydalana bilər. Bir çox suallar oxucuları da o tarixə aparır.

 

- Artıq çempionatda ilk dövrə bitib və vahid lider futbolçunuz İlqar Qurbanovdu. Həmin İlqar ki, əsas heyət üzvünüz sayılmasa da, bu çempionatda "at oynadır". Ondan belə performans gözləyirdiniz? Proqnozunuz necədi - Qurbanov bu liderliyi sonadək saxlaya biləcəkmi?

- İlk dövrənin sonunda İlqar yenidən liderliyə yüksəlib və ümid edirəm ki, bunu sonra qədər qoruyar. Orda iştirak edən bütün futbolçular Qurbanov daxil olmaqla təcrübəlidi. İnşallah, bu mübarizə bizim üçün müsbət mənada sona qədər davam edər.

 

- Bilmək olar, bu müddətdə İlqara zəng vuraraq onu hansısa planda motivasiya etmisiniz, stimullaşdırmısınız, yoxsa buna lüzum görməmisiniz? İlqarın bu yarışmada virtual baş məşqçisi mətbuat xidmətinizin rəhbəri Rəşad Məmmədov olsa da, əsl baş məşqçisi sizsiniz...

- Əlbəttə, sizin vurtual çempionatınızda İlqarın baş məşqçisi Rəşad Məmmədovdu. Təmsilçimizə məsləhət, nəsə göstəriş vermək onun ixtiyarındadı. Biz baş məşqçilərin işinə heç vaxt qarışmırıq. Bizim fəlsəfəmizdə baş məşqçinin işinə qarışmaz olmaz. 

 

- İlqar hansı suala düzgün cavab verməməklə sizi məyus etdi və hansı suala cavab verməklə sizi yaxşı mənada təəccübləndirdi? 
- Suallara gəlincə, məni sevindirən odur ki, İlqar "Sumqayıt" tarixi haqqında olan suallara doğru cavablar verə bilir. Bilirsiniz ki, o, "Sumqayıt"a bu mövsüm qoşulub. Bu o deməkdir ki, çempionata ciddi hazırlaşıb. Çox suallar var ki, digər iştirakçılar da bilməlidi. Yəqin ki, futbolçuların bəzi suallara düzgün cavab verməməkləri mübarizənin  gərginliyindən irəli gəlir. Ümumi götürsək, belə bir sual olmuşdu ki, Azərbaycanı avrokuboklarda ilk dəfə hansı klub təmsil edib. "Neftçi" və "Şəmkir" cavabları səslənsə də, bilirik ki, ölkəmizi beynəlxalq arenada ilk dəfə Tovuzun "Turan" klubu təmsil edib. Daha birini misal göstərim, "Zirə" üzərində 2:1 hesablı qələbə qazansaq da, İlqarın cavabı 3:2 olmuşdu. Yenə qeyd edirəm ki,  "Sumqayıt" haqqında sevindirən cavablar daha çox idi. İlqarın Amil Yunanov, Peyman Babayi haqda olan düzgün cavablarını da qeyd edə bilərəm.

 

- Bəs, hansı sual şəxsən sizin özünüz üçün daha maraqlı oldu?
- Həqiqətən kifayət qədər maraqlı suallar olub. Özümüz də yaddaşımızı yeniləmişik. Azərbaycan futbol tarixi ilə bağlı olan bütün suallar maraqlı gəlir. Cavidə "Zirə"ni avrokuboklara çıxaran baş məşqçi haqda sual olmuşdu. Həmin sual məni bir daha o günlərə qaytardı, xoş xatirələr yadıma düşdü.

 

 

 

 

FƏRƏC ASLANOV

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB