TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - favoritlərin sönük çıxışı

Futbol
Tarix: 2020-03-31 19:00

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyi ilə keçirilən "Azərbaycan futbolu tarixiylə baş-başa" çempionatında ikinci dövrənin ilk turunun ikinci duelində "Səbail" (Rahid Əmirquliyev) və "Sumqayıt" (İlqar Qurbanov) görüşüb.
 

 

Rahid Əmirquliyev ("Səbail")

1. Azərbaycana avrokuboklarda ilk xalı qazandıran klubun baş məşqçisi kim olub? Həmin mütəxəssis bundan iki il sonra Azərbaycan milli komandasının baş məşqçisi postuna keçib...

- Bilmirəm.


2. Azərbaycan müstəqillik tarixində bir milli çempionat - 2001/02 mövsümü başa çatmayıb. Çempionatın yarımçıq dayandırıldığı həmin mövsümdə hansı klub lider idi?

- "Neftçi".

 

3. "Səbail"də avrokuboklarda qol müəlliif olan yeganə legioner kimdi?

- Dilan Duventru. 

 

 

İlqar Qurbanov ("Sumqayıt")

1. Azərbaycana avrokuboklarda ilk xalı qazandıran klubun baş məşqçisi kim olub? Həmin mütəxəssis bundan iki il sonra Azərbaycan milli komandasının baş məşqçisi postuna keçib...

- Ağasəlim Mircavadov.


- Azərbaycan müstəqillik tarixində bir milli çempionat - 2001/02 mövsümü başa çatmayıb. Çempionatın yarımçıq dayandırıldığı həmin mövsümdə hansı klub lider idi?

- "Neftçi".

 

- "Sumqayıt"ın tarixində bir texniki qələbə var. Bu, hansı komamdayla matçda qeydə alınıb?

- "Qarabağ"la. Bu oyunda iştirak etmişəm, ancaq ağdamlıların heyətində. Onda "Qarabağ" 3:0 hesabıyla qalib gəlmişdi, ancaq texniki səhvə görə "Sumqayıt"a 3:0 hesablı texniki qələbə verildi. 
 

Çempionatın ən yaxşı oyunçularından olan bu cütlük bu dəfə heç də yaxşı çıxış etməyərək, yalnız 1 suala düzgün cavab verdilər. Hər iki iştiralçı klublarının tarixi ilə bağlı sualları düzgün cavablandırdı. İlk iki suala gəlincə, düzgün cavablar Vaqif Sadıqov və "Şəmkir" idi. 

 

 

 

"Səbail" (Rahid Əmirquliyev) - "Sumqayıt" (İlqar Qurbanov) - 1:1
 

CBCsport
29 May 2020
28 May 2020
B.eÇ.aÇC.aCŞB