TOP 10

“Yuventus” Ronaldonu sata bilər - koronavirusa görə

Dünya Futbolu
Tarix: 2020-03-31 16:41

İtaliya təmsilçisi “Yuventus” koronavirus pandemiyası ilə əlaqədar kluba dəyən maddi ziyana görə Kriştiano Ronaldonu sata bilər. Sport24.az “Il Messaggero” nəşrinə istinadən xəbər verir ki, mövsüm bərpa olunandan sonra Turin təmsilçisinin iqtisadi problemlər səbəbindən 35 yaşlı hücumçuya eyni maaşı vermək ehtimalı azdı.


Portuqaliyalı oyunçu hazırda “Yuventus”dan ildə 31 milyon avro qazanır.


Bildirilib ki, problemi həll etməyin yolu Ronaldonu başqa kluba satmaqdı. Klub 70 milyon avro kimi təklifləri nəzərdən keçirməyə hazırdı. Amma portuqaliyalı ulduzun maaşında müəyyən qədər güzəştə getməsi variantı da var. Bəzi iddialara görə, Ronaldo aylıq qazancının bir hissəsindən imtina etməyi planlaşdırır.


Yeri gəlmişkən, ötən gün Ronaldo koronavirus təhlükəsinə rəğmən evindən ailəsi ilə birgə çölə çıxıb. Portuqaliyalı hücumçu və həyat yoldaşı Corcina Rodriges Madeyrada övladlarını gəzintiyə çıxarıblar. 


Lakin onlar bar, kafe və restoranların bağlı olması səbəbindən yemək yeyə bilməyiblər. Üstəlik, gəzinti zamanı bir fanat onlara yaxınlaşıb.


Ronaldo daha əvvəl insanları evdə qalmağa və onları həyatda saxlamaq üçün mübarizə aparan həkimlərə kömək etməyə çağırıb.


Hazırda Portuqaliyada karantin rejimi tətbiq olunmayıb. İnsanlara evlərini tərk edə bilmələri üçün könüllü özünütədric imkanları yaradılıb. İndiyədək bu ölkədə koronavirusa 6408 yoluxma halı qeydə alınıb və 140 nəfər ölüb.


Qeyd edək ki, Ronaldo bu mövsüm “Yuventus” forması ilə 32 oyuna çıxıb. O, 25 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. İtaliya A Seriyası martın 11-də koronavirusa görə dayandırılıb. 

24 Noyabr 2020
23 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB