TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - "Qarabağ"ın layiqli qələbəsi

Futbol
Tarix: 2020-03-31 16:20

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyilə keçirilən "Azərbaycan futbolunun tarixiylə baş-başa" çempionatının ikinci cütünü "Qəbələ" (Asif Məmmədov) və "Qarabağ" (Qara Qarayev) təşkil olunub.

 

Qeyd edək ki, ki, səkkizinci turun bütün iştirakçılarına verilən ilk iki sual eynidı. Üçüncü sual oyunçuların təmsil olunduğu klubun tarixi ilə bağlıdı.

 

 

"Qəbələ" (Asif Məmmədov)

1. Azərbaycana avrokuboklarda ilk xalı qazandıran klubun baş məşqçisi kim olub? Həmin mütəxəssis bundan iki il sonra Azərbaycan milli komandasının baş məşqçisi postuna keçib...

- Əhməd Ələsgərov.


2. Azərbaycan müstəqillik tarixində bir milli çempionat - 2001/02 mövsümü başa çatmayıb. Çempionatın yarımçıq dayandırıldığı həmin mövsümdə hansı klub lider idi?

- "Neftçi".

 

3. "Qəbələ"nin tarixində ən çox oyun keçirən futbolçu kimdi?

- Ürfan Abbasov, bunu dəqiq bilirəm.

 

 

Qara Qarayev ("Qarabağ")

1. Azərbaycana avrokuboklarda ilk xalı qazandıran klubun baş məşqçisi kim olub? Həmin mütəxəssis bundan iki il sonra Azərbaycan milli komandasının baş məşqçisi postuna keçib...

- Vaqif Sadıqov.


2. Azərbaycan müstəqillik tarixində bir milli çempionat - 2001/02 mövsümü başa çatmayıb. Çempionatın yarımçıq dayandırıldığı həmin mövsümdə hansı klub lider idi?

- "Şəmkir".

 

3. "Qarabağ"ın avrokuboklarda ən böyükhesablı qələbəsi hansı hesabla olub?

- Gürcüstanın "Samtredia" klubu üzərində 5:0. 

 

 

Altıncı turdan sonra aktivində bir qələbə belə olmayan "Qarabağ" artırmağa başlayıb. Qara Qarayev bu dəfə də yüksəlişdə oldu. 28 yaşlı yarımmüdafiəçi bütün sualların öhdəsindən əla şəkildə gəldi. Vaqif Sadıqov "Neftçi"nin baş məşqçisi kimi avrokuboklarda Azərbaycana ilk xalı qazandırıb. Bu, 1995-ci ildə Kiprin APOEL klubuyla cavab matçında 0:0 hesablı heç-heçəylə əldə olunub. 

 

İkinci suala görə də Qaraya "bravo" düşür. O, "Şəmkir" deməklə düz cavabı verdi. Rəqibinə gəlincə, Asif Məmmədov yalnız "Qəbələ"nin tarixi ilə bağlı bir sualı tapdı. Elə Qarayev də klubuna aid sualı düzgün cavablandı. "Qarabağ"ın futbolçusu rəqibi də, hesabıda doğru söylədi. 

 

 

 

"Qəbələ" (Asif Məmmədov) - "Qarabağ" (Qara Qarayev) - 1:3

CBCsport
28 May 2020
B.eÇ.aÇC.aCŞB