TOP 10

İspaniya La Liqasında cari mövsüm ləğv ediləcək?

Dünya Futbolu
Tarix: 2020-03-31 14:27

Koronavirus pandemiyası səbəbiylə dayandırılan İspaniya La Liqasının cari mövsümü ləğv edilə bilər. Sport24.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 
 

Məlumatda bildirilir ki, çempionat iyunun 27-nə kimi bərpa olunmasa, cari mövsüm ləğv ediləcək. Hazırkı vəziyyətdə turnirin aprelin sonu, mayın əvvəlində başlamaq ehtimalı olduqca azdır.


Digər variant isə çempionat oyunlarının iyunun sonlarına qədər başlaması və oyunların 3 gündən bir keçirilməsidir.


İspaniyada 87 min insanın koronavirusa yoluxduğu bildirilir.

CBCsport
29 May 2020
28 May 2020
B.eÇ.aÇC.aCŞB