TOP 10

"Zirə"nin legioneri Perudan təklif alıb: "Azərbaycan çempionatı məni yaxşı mənada təəccübləndirdi, burda intensivlik bizdən daha yüksəkdi"

Futbol
Tarix: 2020-03-31 13:14

"Zirə"nin perulu müdafiəçisi Alvaro Ampuero öz ölkəsinin mətbuatına müsahibə verib. Sport24.az həmin müshaibəni təqdim edir.

 

- Azərbaycanda 250-dən çox koronavirus xəstəsi aşkarlanıb. Təcrid şəraitində yaşayırsınız?
- Burada karantin rejimidi. Kütləvi tədbirlərin keçirilməməsi üçün bir sıra addımlar atılıb, dövlət qurumların fəaliyyətinə məhdudiyyətlər qoyulub. Hələlik hər şey normaldır. Şəxsən mən evdəyəm, klubda məşq yoxdu və vəziyyətin düzəlməsini gözləyirəm.

 

- "Zirə"klubu bununla bağlı hansı tədbirlər görüb?
- Evdə məşq planımız var. Təxminən 15 gün əvvəl məşqləri dayandırdıqda izləmişdik.

 

- Peru ilə müqayisədə Azərbaycanda futbolun səviyyəsi necədi?
- Yaxşı səviyyəli liqadı. İlk vaxtlar necə çempionat ilə qarşılaşacağımı bilmirdim, amma yaxşı mənada təəccübləndim. Fikrimcə, Azərbaycanda oyunların intensivliyi Perudan daha yüksədki. Bizim ölkədə isə texniki futbol üstünlük təşkil edir. Ancaq Premyer Liqa hər cəhətdən yaxşı səviyyədədir.

 

- Artıq 8 aydır ki, Avropadasan. Bu müddətdə başqa bir klubdan və ya Perudan təklif almısan?
- Dekabr ayında Perudan təklif almışdım. Amma "Zirə" ilə müqavilə müddətim mövsümün sonuna qədərdir və komandada rahatam. Gələn mövsüm necə olacağını hələ bilmirəm. Hazırkı durumla bağlı hər şey qarışıqdır. Ümid edirəm ki, tezliklə həm Azərbaycanda, həm də bütün dünyada koronavirus problemi həll edilər. O zaman gələcək karyeram haqda fikirləşə bilərəm.

 

- Statistika uğurlu çıxış etdiyinizi göstərir. Orada müdafiənin sol cinahında oynayırsan?
- Bəli, sevindirici haldır ki, müntəzəm çıxış edirəm. Bura gəlməzdən əvvəl "Munisipial"da çoxsaylı zədələrə görə istədiyim qədər oyun şansı qazanmırdım. Amma burada əvvəldən stabilliyi tapa bildim. Əksər oyunları cinah müdafiəçisi kimi keçirirəm. Bəzi görüşlərdə isə mərkəz müdafiəsinin solunda çıxış etdim.

 

- "Munisipial"a qayıtmağı xəyal etmirsiniz?
- Hər gün Azərbaycanda inkişaf etmək barədə düşünürəm. Avropada yüksəliş və inkişaf baxımından buranın yaxşı yer olduğunu hiss edirəm. Düzdür, Azərbaycan çempionatı elə də çox tanınmır. Ancaq hədəfim pillə-pillə irəliləməkdi.​

 

- Yekunda perululara karantin rejimiylə bağlı nə deyə bilərsən?

- Bütün perululardan deyilən göstərişlərə əməl etməyi xahiş edirəm. Bu, təkcə özünüzə yox, ətrafınızda olan insanlar üçün edə bilcəəyiniz ən yaxşı şeydi. Çox tezliklə bütün bu çətin vəziyyətdən çıxacağıq.

​​​​​​

CBCsport
29 May 2020
28 May 2020
B.eÇ.aÇC.aCŞB