TOP 10

"Məni "Səbail"ə Maykl Essyen dəvət edib"

Futbol
Tarix: 2020-03-31 12:07

"Səbail"in cənubi afrikalı legioneri Hendrik Ekşteyn onu bu komandaya Mayksl Essyenin dəvət etdiyini açıqlayıb. Sport24.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi öz ölkəsinin mətbuatına açıqlamasında bu ilin əvvəlində paytaxt klubuna keçidinin səbəbkarı kimi məşhur qanalı həmkarını göstərib: "Mənə zəng edib "Səbail"də oynamağımı istəyən şəxs Maykl Essyen idi. Çox təəccübləndim, Essyendən zəng gəldiyi üçün də qürurlandım. Bu, mənim üçün çox şey demək idi və işimin nəzərə alındığını göstərirdi. O, ən böyük klublarda oynayıb, bir çox böyük kuboklar qazanıb. İndi Mayklla bir komandada oynayıram, məşq edirəm. O, əlimdən gələni etməyim üçün həmişə təkan verir, daim mənimlə danışır, harada oyunumu yaxşılaşdıracağım barədə məsləhət verir. Essyen kimi futbolçudan məsləhət aldığım üçün çox xoşbəxtəm".
 

Qeyd edək ki, Hendrik "Səbail"ə qış fasiləsində "Sabah"dan keçib.

CBCsport
29 May 2020
28 May 2020
B.eÇ.aÇC.aCŞB