TOP 10

"Sabah"ın məşqçisi: "Bizə məlumat verildi ki, mayın sonuna qədər oynamayacağıq"

Futbol
Tarix: 2020-03-31 10:09

"Azərbaycan çempionat uzun müddətdir ki, dayandırılıb. Dünən ən azı mayın sonuna qədər oynamağın təhlükəsiz olmayacağına dair rəsmi məlumat aldıq". Sport24.az xəbər verir ki, bu fikirləri "Sabah"ın xorvatiyalı məşqçisi Marko Lozo öz ökkəsinin mətbuatına deyib. 

 

Baş məşqçi Jelko Sopiçin köməkçisi olan 32 yaşlı mütəxəssis Bakıdakı vəziyyətlə bağlı danışıb: "İlk günlərdə hər şey nisbətən normal idi. Ardından saat 15:00-a qədər kafe və restoranlar açıq oldu. Daha sonra yalnız market və apteklərin açıq olacağına, insanların evlərini tərk etməməsinə qərar verildi".    

 

Lozo "Sabah"a gəlməmişdən öncə Azərbaycan futbolu barədə çox şey bilmədiyini diqqətə çatdırıb: "Amma indi yaxşı mənada təəccübləndiyimi söyləyə bilərəm. İki klub səviyyə baxımından fərqlidi. Bunlar "Neftçi" və "Qarabağ"dı. Digərləri isə eyni səviyyədədi. Hazırda Premyer Liqada 8 komanda var, amma növbəti mövsüm 10 olacaq".

 

Xorvatiyalı məşqçi çempionatdakı hazırkı durumdan razı olmadıqlarını söyləyib: "Turnir cədvəlindəki vəziyyətdən çox məmnun deyilik. Amma yuxarıda bizə qonşu olan pillədəkilərlə xal fərqi çox azdı. Məqsədimiz mövsümü üçüncü pillədə başa vurmaqdı. Jelko Sopiç və mənə burada bir şey etmək üçün vaxt lazımdı. Buna görə səbrli olmalıyıq". 

24 Noyabr 2020
23 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB