TOP 10

"Azərbaycan futbolu tarixiylə baş-başa" - "Sabah"dan növbəti performans

Futbol
Tarix: 2020-03-31 11:00

Sport24.az və Football24.az-ın ortaq layihəsi olan, PFL-in dəstəyi ilə keçirilən "Azərbaycan futbol tarixiylə baş-başa" çempionatında ikinci dövrəyə start verilir. Səkkizinci turun açılış matçı Tərlan Quliyevlə təmsil olunan auysayder "Keşlə" və çempionatın bombardiri Ruslan Abışovun təmsilçisi olduğu "Sabah" arasında keçirilib.
 

Qeyd edək ki, ilk iki sual səkkizinci turun bütün iştirakçıları üçün eynidı. Üçüncü sual oyunçuların təmsil olunduğu klubun tarixinə həsr olunub.
 

 

"Keşlə ”(Tərlan Quliyev)

1. Azərbaycana avrokuboklarda ilk xalı qazandıran klubun baş məşqçisi kim olub? Həmin mütəxəssis bundan iki il sonra Azərbaycan milli komandasının baş məşqçisi postuna keçib...

- Ağasəlim Mircavadov.


2. Azərbaycan müstəqillik tarixində bir milli çempionat - 2001/02 mövsümü başa çatmayıb. Çempionatın yarımçıq dayandırıldığı həmin mövsümdə hansı klub lider idi?

"Neftçi".

 

3. "İnter" (indiki "Keşlə") kimin rəhbərliyi altında ilk Azərbaycan çempionu adını qazanıb?

- Anatoli Konkov.
 

 

"Sabah" (Ruslan Abışov)

1. Azərbaycana avrokuboklarda ilk xalı qazandıran klubun baş məşqçisi kim olub? Həmin mütəxəssis bundan iki il sonra Azərbaycan milli komandasının baş məşqçisi postuna keçib...

- Vaqif Sadıqov.


2. Azərbaycan müstəqillik tarixində bir milli çempionat - 2001/02 mövsümü başa çatmayıb. Çempionatın yarımçıq dayandırıldığı həmin mövsümdə hansı klub lider idi?

- "Şəmkir".

 

3. "Sabah"ın baş məşqçisi Elşad Əhmədov hansı matçdan sonra istefaya göndərilib?

- "Qəbələ"yə evdə 0:1 hesablı məğlubiyyətdən sonra.

 

 

Ruslan Abışov rəqibinə heç bir şans qoymadı. "Sabah"ın kapitanı yenə futbol biliklərini və yaddaşıyla parladı. Tərlan Quliyevə isə hətta təşkilatçıların “süni nəfəsi” də kömək etmədi. Əvvəlki turlardan birində ümumi suallar arasında Valentin Xodukinin ilk Azərbaycan çempionluğunu qazanan əcnəbi mütəxəssis olduğu verilmişdi. Yaxşı, Xodukin ölkədə ilkdirsə, təbii ki, "Keşlə"də də birincidi. Təəssüf ki, bu işarə Quliyevə kömək etmədi və 0:3 hesablı məğlubiyyət aldı.

 

 

"Keşlə" (Tərlan Quliyev) - "Sabah" (Ruslan Abışov) - 0:3
 

CBCsport
29 May 2020
28 May 2020
B.eÇ.aÇC.aCŞB