TOP 10

"Qəbələ" üçün 26 futbolçu

Futbol
Tarix: 2020-03-31 09:30

“Qəbələ” Azərbaycan Premyer Liqasının arxada qalan 20 turunda 26 futbolçunun xidmətindən yararlanıb. Sport24.az əyalət klubunun rəsmi saytına istinadən xəbər verir ki, Amin Seydiyevlə Qismət Alıyev koronavirus pandemiyası üzündən dayandırılan çempionatda “qırmızı-qara” forma ilə hamıdan çox – hərəyə 19 oyun keçirib.

 

Amin bu görüşlərdə əvəzolunmadan meydanda olub. Legionerlər arasında Merab Giqauri, Fernan Lopes və Klesio Bauk daha çox – 18 matçda şans qazanıb. Daha iki oyunçu Ülvi İsgəndərovla Rövlan Muradov da eyni sayda qarşılaşmanın iştirakçısı olub.

 

Komandanın qollarına 9 oyunçu imza atıb. Baş tutan 20 görüşdəki ən məhsuldar oyunçusu qış fasiləsində “Qəbələ”dən ayrılan Davit Volkovdu. Onun hesabında 5 top var. Qışda heyətə qatılan Nikolas Raysel isə 4 matçda 4 qol vurmaqla yüksək məhsuldarlığı ilə seçilib. Rövlan Muradovun da aktivində eyni sayda qol var. Fernan Lopeslə Ülvi İsgəndərov 3, İvitsa Juniç 2 dəfə fərqlənib. Amin Seydiyev, Qismət Alıyev və Roman Hüseynovun 1 qolu var. Daha bir qol isə rəqib avtoqolu sayəsində gerçəkləşib. Bu topun müəllifi Donald Geryedi (“Neftçi”).

 

futbolçu

oyun

dəqiqə

qol

sarı

qırmızı

Amin Seydiyev

19

1710

1

4

0

Qismət Alıyev

19

1661

1

3

1

Merab Giqauri

18

1589

0

7

0

Klesio Bauk

18

1486

0

2

0

Fernan Lopes

18

1478

3

7

1

Rövlan Muradov

18

983

4

3

0

Ülvi İsgəndərov

18

780

3

3

0

İvitsa Juniç

17

1505

2

3

0

Anar Nəzirov

15

1313

-21

4

1

Davit Volkov

14

1182

5

1

0

Yusif Nəbiyev

14

1068

0

0

0

Asif Məmmədov

13

963

0

3

1

Roman Hüseynov

13

797

1

3

0

Sadiq Quliyev

9

529

0

3

0

Murad Musayev

8

542

0

1

0

Tərlan Əhmədli

7

485

-14

1

0

Rasim Ramaldanov

5

400

0

1

0

Ehtiram Şahverdiyev

5

183

0

0

0

Nikolas Raysel

4

271

4

2

0

Abdelrafik Jerar

4

206

0

1

0

Faiq Hacıyev

4

145

0

2

0

Kristian Kouakou

4

118

0

0

0

İbrahima Niasse

3

193

0

1

0

İdris İnqilablı

3

123

0

1

0

Rodriqo Qattas

2

33

0

0

0

Yaovi Akakpo

1

7

0

0

0

 

CBCsport
28 May 2020
B.eÇ.aÇC.aCŞB