TOP 10

Ramil Şeydayevin sabiq klubu dağıldı

Dünya Futbolu
Tarix: 2020-03-31 09:00

Slovakiyanın "Jilina" klubu fəaliyyətini dayandırıb. Sport24.az xəbər verir ki, bu barədə eyniadlı şəhərin təmsilçisinin rəsmi saytı bəyanat yayıb.


Bildirilib ki, klubun dağılması maliyyə böhranı ilə bağlıdı: 


"Klubun maliyyələşmə strategiyası oyunçuların satışından əldə olunan gəlirlərə əsaslanır. Bu yay transferlərdən qazancın sıfıra yaxın olacağı ehtimalı daha çoxdur. Ləğv prosesi yaxın gələcəkdə klubun üzərindəki təzyiqi azalda bilər".


Klubun aprelin 1-dən fəaliyyətini rəsmən dayandıracağı vurğulanıb.


Qeyd edək ki, 1908-ci ildə yaranmış "Jilina" klubu 7 qat Slovakiya çempionudu. Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev 2017-ci ildə bu komandanın formasını geyinib.

CBCsport
05 Iyun 2020
B.eÇ.aÇC.aCŞB