TOP 10

"Qarabağ" üçün dünyada 42-ci göstərici

Futbol
Tarix: 2020-03-30 18:00

Dünyada cari mövsümdə keçirdiyi oyunlarda ən çox qələbə qazanan komandaların siyahısı açıqlanıb. Sport24.az xəbər verir ki, həm ümumi, həm ev, həm də səfər matçları üçün tərtib olunan cədvəllərdə qazanılan qələbələrin oyun sayındakı payı yüksək olan 50 klub yer alıb.

 

Azərbaycan cədvəllərdə yalnız bir komanda ilə təmsil olunub. Bu, Premyer Liqanın lideri “Qarabağ”dı. Ağdam təmsilçisisəfərdə ən çox qalib gələn klublar sırasına düşüb. Qurban Qurbanovun yetirmələri koronavirus üzündən dayandırılan çempionatın 10 səfər görüşündə 7 dəfə qalib gəlib.

 

Səfərdə qələbə faizi 70-ə bərabər olan “Qarabağ” dünya sıralamasında 42-cidir. Ağdam klubu bu mövqeyə şərik olan 8 komandadan biridir.

 

Qeyd edək ki, ən yaxşı səfər komandası 8 oyununun hamısında qələbə qazanan Misir təmsilçisi “Əl-Əhli”dir.

CBCsport
02 Iyun 2020
01 Iyun 2020
B.eÇ.aÇC.aCŞB