TOP 10

"Sabah"ın futbolçusu maaş bir ay gecikərsə, bunda problem görmür: “Netflix”i açıram, məni hər gün orada tapa bilərsiniz"

Futbol
Tarix: 2020-03-30 16:14

Azərbaycan millisinin (U-21) və "Sabah"ın futbolçusu Ozan Can Kökçü müsahibə verib. Sport24.az həmin müsahibəni təqdim edir.

 

- Koronavirus pandemiyası səbəbindən öncə Premyer Liqa dayandırıldı, daha sonra məşqlər də təxirə salındı. Hazırda da karantindir. Gününüzü necə keçirirsiz?
- Yaman boşluqdur. Normal ritmimiz var idi, heyf ki, o da belə alındı. Məşq proqramı göndərmişdilər, mən də bulvara çıxıb qaçırdım. Amma bulvar və parklar da bağlandı. Ev şəraitində əlimdən nə gəlirsə, onu etməyə çalışıram. Özümə bəzi lazımı aparatlar almışam və onunla hazırlıq keçirəm. Hazırda ən yaxşısı evdə qalmaqdır. Sizin vasitənizlə də insanlara çağırış edirəm ki, heç kim evdən çıxmasın. Çünki məsələ ciddidir. Sağlıq ən önəmlisidir.

 

- Sizcə koronavirusdan qorunmağın ən yaxşı variantı hansıdır?
- Ən yaxşısı evdə qalmaq, insanlarla təmasda olmamaqdır. Evdən çıxmayın. Təbii ki, qorxu var. Çünki ailələrimiz, sevdiklərimiz var. Onlara heç nə olmasın. Mən öncə əzizlərimi düşünürəm. Ümid edirəm ki, tezliklə koronavirusun da dərmanı tapılar və dünya normal halına dönər.

 

- "Evdə qal" çağırışı olsa da, insanların bəziləri buna riayət etmir. Necə düşünürsünüz, hamının bu qaydaya riayət etməsi üçün nə etmək lazımdır?
- Mən də insanların bu çağırışı qiymətləndirməməyi yaxşı qarşılamıram. Yəqin ki, bəzi insanlar bunu ciddi qəbul etmir. Amma koronavirus olduqca ciddi xəstəlikdir. Azərbaycandakı vəziyyət digər ölkələrlə müqayisədə bir az yaxşıdır. Amma bu çox tez bir zamanda yayılan xəstəlikdir. Hamının evdə qalmasını tövsiyə edirəm. Ən yaxşısı karantindir. Ola bilər, bəzi insanlar bunu istəməz. Lakin sağlamlığımız üçün ən yaxşısı karantindir. 

 

- Ola bilsin ki, "Sabah" oyunların dayandırılması səbəbindən bir aylıq maaşınızı gecikdirdi. UEFA da bunu anlayışla qarşılaşacaq. Buna münasibətiniz necədir?
- Bunu mən də eşitmişdim. Məncə, normaldır. Futbol oynanılmır. Ona görə də maaş bir ay gecikərsə, problem deyil. Hazırda ən vacibi sağlam qalmaqdır, pul, filan ən sonuncu yerdədir. Bu virusdan qurtulduqdan sonra hər şey yaxşı olacaq.

 

- Evdə məşq etdikdən sonra hansısa iş görürsüz? 
- Bütün günü evdəyəm. Film izləyirəm, edəcək bir şey yoxdur. Ən yaxşısı film izləməkdir. Kitab oxumağa isə səbrim çatmır. “Netflix”i açıram, məni hər gün orada tapa bilərsiniz. Fərqli-fərqli filmləri izləyirəm. Ən son izlədiyim film - "Yeddinci koğuştaki mücize"dir. Hamıya tövsiyə edərəm. Çox gözəl film idi.

 

-  Azərbaycan çempionatının apreldə bərpa ediləcəyi bildirilsə də, amma azı maya qədər çəkəcəyi istisna deyil. Sizcə vaxt daha çox uzadıla bilər? 
- İnşallah, möcüzə olar və apreldə başlayar. Sabah başlasa, dünyanın ən xoşbəxt insanı mən olaram. Çünki evdə çox sıxılıram. Amma vəziyyətə real baxmaq lazımdır. Məncə, apreldə başlaması çətin olacaq. Çünki dünya pis durumdadır. Hər halda, ən vacibi sağlamlıqdır. 

 

- Hollandiyada vəziyyət daha ağırdır. Valideynləriniz "geri qayıt" deyirlərmi?
- Bu çətin dönəmdə ailəmlə birlikdə olmaq istəyərəm. Amma burada ailə kimi gördüyüm yaxın dostlarım var. Yəni burada da o hisslərim əskik deyil. Azərbaycan Hollandiyadan yaxşı durumdadır. Hətta bir ara ailəmi Bakıya gətirmək istədim. Lakin sərhədlər bağlı olduğuna görə alınmadı. İndi isə mən istəsəm belə, geri qayıda bilmərəm. Onları da bura gətirmək mümkün deyil. Hər gün anamla, atamla danışıram. Anamdan hər zaman atama və qardaşıma diqqət etməsini xahiş edirəm. Bu çətin günləri də geridə qoyub, normal həyata dönəcəyik (apasport.az)​​​​

CBCsport
02 Iyun 2020
01 Iyun 2020
B.eÇ.aÇC.aCŞB