TOP 10

Ramin Musayevlə “PlayStation”dan “müqəddəs sual”adək: “Əgər cavab verə bilməsə, оnda Aqilin dediyi gerçək olacaq”

Futbol
Tarix: 2020-03-30 15:00

Sport24.az-ın və Football24.az-ın ortaq layihəsi olan "Azərbaycan futbolu tarixiylə baş-başa" bilik yarışması Premyer Liqamızı (Azərbaycan Kubokunu da) keçirən Peşəkar Futbol Liqası (PFL) dəstəyi altında keçirilir. Bu mənada çempionatımızın ilk dövrənin yekunlarıyla bağlı PFL prezidenti Ramin Musayevlə söhbətləşməyi məqsədəuyğun saydıq. Bu yerdə bildirək ki, suallardan biri də məhz PFL-in yaranma tarixiylə bağlı idi və heç də bütün iştirakçılar bunun öhdəsindən gələ bilmədi. Musayev maraqlı müsahib olduğunu bir daha göstərdi. Müsahibəylə tanış olmaq istəyirsinizsə, monitora yaxın əyləşin. 


- Futbolsuzluq dönəmində təsadüfən “PlayStation” oynamağa başlamamısınız? Bəlkə başqa bir hobbiyə aludə olmusunuz?
- Gənc vaxtlarımdan daim aktiv işdə olduğuma görə, həqiqətən də futbolsuzluq, işsizlik adamı darıxdırır. Arıtq o yaşda deyiləm ki, “PlayStation” oyanayım. Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tövsiyə və tələblərini yerinə yetirirəm, evdə otururam, sazda ifa edib, nəvələrimlə başımı qatıram. Evdə qalmağım ailəmi də təəccübləndirir. Çünki  ilk dəfədi məni bu qədər evdə görürlər.

 

- Belə bir ağır dönəmdə “Azərbaycan futbolu tarixiylə baş-başa” çempionatına birgə start verdik. İlk dövrə haqda fikirlərinizi bilmək istəyərdik...

 - İlk növbədə futbolsuzluq dönəmində, bizim, futbolçularımızın, ümumiyyətlə bütün futbol ailəsinin başını qatması üçün keçirdiyiniz bu yarışmaya görə sizə öz minnətdarlığımı bildirirəm. Həyacanlı, maraqlı çempionatdır. Çox gərgin mübarizə gedir,  indidən çempionun kim olacağını demək mümkün deyil. Düşünürəm ki, Premyer Liqamızda olduğu kimi, “Azərbaycan futbolu tarixiylə baş-başa” çempionatında da  ikinci dövrə daha maraqlı olacaq.

 

- Aqil Məmmədov PFL-in yaranma tarixini düzgün tapmayacağı təqdirdə, onu “öldürəcəyinizi” demişdi. Əlinizdən xəta çıxmayıb?
- Aqil Məmmədov yaxşı futbolçu, əla insandır .Yəqin ki, fikirli olub, tələsib ona görə də sualın cavabını bilməyib. Bəlkə də “Sabah”la oyunda yıxılanda yadından çıxıb (gülür). Biz son vaxtlar onun üçün dua etmişik ki, tez özünə gəlsin, yaşıl meydanlara qayıtsın. Ümid edirəm ki, fasilədən sonra daha güclü qayıdacaq. Digər tərəfdən, evdən çıxa bilirik ki, əlimizdən xəta çıxsın?

 

- Yeri gəlmişkən, bu suala bəzi digər iştirakçılar da düzgün cavab vermədi. Onlar Ramin Musayevin “qara siyahısı”na düşübmü?
- 2 iyul 2008 ci il PFL-in yarandığı, 2 iyul isə eyni zamanda Beynəlxalq idman jurnalsitləri günü və Azərbaycan Polisi Günü kimi qeyd olunur. Tək biz olsaydıq, bəlkə də güzəşt etmək olardı. Futbolçularmıza məsləhət görərdim ki, bu günü bir yerə qeyd etsinlər və unutmasınlar.


- Hansı sual ürəyinizə yatdı?  Daha çox hansı sualı bəyəndiniz?
- Əziyyət çəkib suallar hazırlayırsınız, hamısı maraqlıdır. PFL-n yarama tarixi ilə bağlı verdiyiniz sual əladır. Tez-tez bu sualı verin ki, heç kimin yadından çıxmasın.


- Favoritiniz kimdi və hansı iştirakçı sizi yaxşı və pis mənada təəccübləndirib?
 - Favoritimi açıqlamaq istəmirəm, hələ mübarizə qabaqdadır, güclü olan qalib gəlsin. Qara Qarayevdən daha yaxşı “performans” gözləyirdim. Ümid edirəm ki, ikinci dövrədə ümidlərmi doğruldacaq.

 

- Hesab edirik ki, əsl məqamdır. Bu barədə heç bir iştirakçının xəbəri yoxdu. Qalibi PFL tərəfindən hansı mükafat gözləyir?
- Mükafat qoy, sürpriz olaraq qalsın. Belə daha maraqlı olur. Amma iştirakçlara bir məsələni çatdırmaq istəyirəm ki, qalibin kim olmasından asılı olmayaraq, mükafatı ona təqdim edəndə, PFL-in yaranma tarixini soruşub sonra təqdim edəcəyik. Əgər cavab verə bilməsə, оnda Aqil Məmmədovun dediyi gerçək olacaq (gülür).

 

 

 

 

CEYHUN ƏLİYEV

CBCsport
02 Iyun 2020
01 Iyun 2020
B.eÇ.aÇC.aCŞB