TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - lider hər tur dəyişəndə və ya ilk dövrənin iziylə

Futbol
Tarix: 2020-03-30 12:21

Beləliklə, PFL-in dəstəyi ilə keçirilən, Sport24.az və Football24.az-ın ortaq ıayihəsi olan "Azərbaycan futbolu tarixiylə baş-başa” adlı bilik yarışmasını ilk dövrəsi başa çatdı. Çempionat barışmaz mübarizə şəraitində keçir. Üçüncü turdan başlayaraq çempionatın liderləri stabil olaraq dəyişir. Üçüncü turdan sonra “Sumqayıt” (İlqar Qurbanov) lider idi, ardından “Səbail”, daha sonra “Zirə” 1-ci oldu və yeddinci turdan sonra “kimyaçılar” yenidən vahid liderliyi ələ keçirdi.

 

Nə gizlədək, əlbəttə ki, intriqanı arzu edirdik, amma çempionatın belə güzəştsiz bir mübarizədə keçəcəyini ... Üç turdan sonra həmin "Qəbələ"ni (Asif Məmmədov) götürək. "Qırmızı-qaralar" bu gün ilk "3-lük"də qərarlaşıb! Bəs, bu çempionatda Aqil Məmmədovla təmsil olunan "Neftçi? "Ağ-qaralar" ikinci pillədə yer alaraq "Sumqayıt"ın arxasında nəfəsini hiss etdirir. 

 

Bir neçə kəlmə də turnir cədvəlinin aşağı hissəsi haqda. Belə təəssürat yaranır ki, "Keşlə" (Tərlan Quliyev) bu imiclə barışıb. Son turlarda "Keslə" və "Qarabağ" (Qara Qarayev) turnir cədvəlindən son pilləni bir-birinə ötürür. Əlbəttə ki, vəziyyət hələ düzələ bilər, ancaq bunun üçün heç olmasa komandanızın tarixini səhifələyərək bilməlisiniz.
 

Çempionatın ən yaxşı bombardiri Ruslan Abışovu qeyd etmək istərdim. Ən düzgün cavablar məhz ondadı. Sadəcə, bir az idman bəxti lazımdır ki, "Sabah"ın kapitanında hələ bu, çatışmır. Bu səbəblə "Sabah" mükafat üçlüyünün xaricində yerləşir. Ancaq Premyer Liqanın ən gənc klubunun nümayəndəsinin ambisiyaları və biliklərini nəzərə alsaq, əminik ki, Abışov sonadək mübarizə aparacaq.

 

 

Yeddinci turun nəticələri:

"Zirə" - "Qəbələ" - 1 3
"Qarabağ" - "Sabah" - 2:1
"Neftçi" - "Səbail" - 2:0
"Sumqayıt" - "Keşlə" - 3:0

 

1. "Sumqayıt" 7 4 0 1 2 12-9 13
2. "Neftçi" 7 3 1 1 2 10-8 12
3. "Qəbələ" 7 2 1 3 1 14-13 11
4. "Sabah" 7 2 1 2 2 15-14 10
5. "Səbail" 7 2 1 2 2 12-13 10
6. "Zirə" 7 3 0 1 3 12-12 10
7. "Qarabağ" 7 1 0 4 2 9-10 7
8. "Keşlə" 7 1 0 2 4 7-12 5

 

Bombardirlər: Ruslan Abışov - 15, Asif Məmmədov - 14.

 

Səkkizinci turda cütlər bunlardı: "Neftçi" - "Zirə", "Səbail" - "Sumqayıt", "Keşlə" - "Sabah", "Qəbələ" - "Qarabağ"

 

Qeyd edək ki, "Sumqayıt" İlqar Qurbanovla, "Səbail" Rahid Əmirquliyevlə, "Neftçi" Aqil Məmmədovla, "Qarabağ" Qara Qarayevlə, "Keşlə" Tərlan Quliyevlə, "Sabah" Ruslan Abışovla, "Zirə" Cavid Hüseynovla, "Qəbələ" Asif Məmmədovla təmsil olunub.
 

CBCsport
02 Iyun 2020
01 Iyun 2020
B.eÇ.aÇC.aCŞB