TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - 7 tur, 7 məqam

Futbol
Tarix: 2020-03-30 17:00

Sport24.az-la Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyilə keçirilən "Azərbaycan futbolu tarixiylə baş-başa" bilik yarışmasında ilk dövrədə arxada qaldı. Bu 7 turdan 7 məqam seçərək diqqətinizə çatdırırıq:

 

 

1. Vahid lider oldu, mövqeyini itirdi, yekunda da vahid lider oldu

İlk 3 turdan sonra vahid lider olan İlqar Qurbanovlu "Sumqayıt" sonradan ardıcıl məğlubiyyətlərlə mövqeyini əldən versə də, ekvator xəttinə çatanda toparlanaraq yenidən vahid lider oldu. Əlbəttə, bunda əsas rəqiblərinin birdən-birə 3-nün uduzması da səbəb oldu. Yeri gəlmişkən, həmin rəqiblərdən biri olan Ruslan Abışov ("Sabah") ilk dövrəni heç ilk 3-lük"də də başa vurmasa da, ən çox düz cavab tapandı. Təsəvvür edin ki, Ruslan ilk dövrədə 21 sualdan 15-ni doğru tapıb. Sadəcə, ilk dövrənin ilk və son turunda bəxti gətirməyib, rəqibləri daha çox sual tapdığından uduzub.

 

 

2. Super heç-heçə fərqi

Bu çempionatın əsas özəlliklərindən biri də super heç-heçənin də nəzərə alınaraq, həmin nəticəyə görə 1 yox, 2 xalın verilməsidi. Hər halda, iştirakçı sualın 3-nə düz cavab verirsə, onun bacarığını artıqlamasıyla qiymətləndirmək lazımdı. Bilik yarışmamızda 2 super heç-heçə qeydə alındı, 2-si də VI turda. Məmmədovların duelində - Aqillə ("Neftçi") Asif ("Qəbələ") sualların öhdəsindən yüz faiz gəldilər. Ruslan Abışovla ("Sabah") Rahid Əmirquliyev ("Səbail") də sualların 3-nə də düz cavab verdilər. 

 

 

3. İlk "fərqlənən" autsayder oldu 

İlk dövrənin ən zəif iştirakçısı olan Tərlan Quliyev ("Keşlə") bir məqamda da "fərqləndi". Belə ki, müdafiəçi 3 sualın hamısında heç bir cavab verməyən ilk iştirakçı oldu. Bu, IV turda Əmirquliyevlə dueldə reallaşdı və 0:3 hesablı məğlubiyyət aldı. Yeri gəlmişkən, sona yaxın Rahid də belə uğursuzluğa düçar oldu. Belə ki, "Səbail"in kapitanı VI turda Aqil Məmmədovdan 0:3 hesablı məğlubiyyət aldı.Onu da bildirək ki, Quiiyevin sonradan da heç bir cavab vermədiyi, cavablarında 0-lar olması halı olub. 

 

 

4. Cəmi 1 suala düz cavab tapıldı, qələbəyə yetdi

Yetərincə məhsuldar alınan bu çempionada 1:0 hesablı qələbə də olub. Bunu lider mübarizənin əvvəlində müəyyənləşdirib. Belə ki, İlqarın III turda Aqillə duelində 7 sualdan yalnız 1-nə doğru cavab verildi. İlqar Qurbanova qələbəni keçmiş baş məşqçisi, "Qarabağ"da rəhbərliyi altında çempionluq qazandığı həmsoyadı - Qurban Qurbanov qazandırıb. Bu da ən çox Azərbaycan çempionu olan baş məşqçinin məhz bu təcrübəli mütəxəssisin (6 dəfə) olmasıdı. 

 

 

5. "Qəbələ"li oyandı, heç kimin etmədiyi seriya göstərdi

Asif Məmmədovin timsalında "Qəbələ" təəccübləndirməkdə davam edir. Belə ki, təcrübəli futbolçu ilk 3 turdan sonra son pillədə gedirdisə, sonradan elə toparlandı ki, ilk dövrəni 3-cü pillədə bitirdi. Bunda isə Asifin uğurlu seriyası böyük rol oynadı. Məmmədov 9 sualdan 8-nə düz cavab verərək, çempionatımızda rekord müəyyənləşdirdi. 

 

 

6. 3 dəfə lideri autsayder devirdi

Adətən liderlə autsayderin duelində güclünün qalib gələcəyi proqnozlaşdırılır və bu, reallıqda da əksini tapır. Ancaq bizim çempionatda 3 dəfə olub ki, lideri məhz autsayder məğlub edərək onu zirvədən aşağı yuvarlayıb. Bu, ilk dəfə Asif Məmmədovla reallaşıb. O, V turda Əmirquliyevi 3:2 hesabıyla məğlub etmişdi. Bundan sonrakı turda Quliyev Hüseynovu 2:1 hesabıyla məğlub edərək onu 1-ci pillədən saldı. Nəhayət, son turda Qarayev Abışovu həmin hesabla yenərək onu "taxtdan saldı". Bu yerdə bildirək ki, bu, Asif, Tərlan və Qaranın çempionatda ilk qələbələri kimi əlamətdar oldu. 

 

 

7. Sadə sual oldu, cəmi 2 iştirakçı nümunə oldu

Cari çempionatda 20 tura neçə oyun keçirilib - bu, ilk dövrədəki suallarımızdan biri idi. Belə götürəndə, sadə bir sualdı. Hər turda 4 oyun keçirildiyini, bütün görüşlərin baş tutduğunu nəzərə alsaq, cavab 80-di. Ancaq iştirakçıların çoxu bunu bilmədi. Qara Qarayevlə Asif Məmmədov 160, İlqar Qurbanov 144, Rahid Əmirquliyev, Tərlan Quliyev və Aqil Məmmədov 20 cavabını verdilər. Yalnız 2 iştirakçı - Ruslan Abışovla Cavid Hüseynov 80 deməklə rəqiblərinə yaxşı nümunə oldular.

CBCsport
02 Iyun 2020
01 Iyun 2020
B.eÇ.aÇC.aCŞB