TOP 10

Olimpiadaya lisenziya qazanmış idmançılarla bağlı yeni qərar

Olimpiada
Tarix: 2020-03-30 11:00

Tokio-2020-yə lisenziya qazanmış idmançılar 2021-ci ilə təxirə salınmış Yay Olimpiya Oyunlarında təsnifat mərhələsi keçmədən iştirak edə bilərlər. Sport24.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax açıqlama verib:
 

"Aydın məsələdi ki, Tokio olimpiadası üçün təsnifat mərhələsini keçmiş idmançılar lisenziyaları özlərində saxlayırlar. Bu, yarışın Tokio-2020 adı ilə qalmasından da görünür.


Qeyd edək ki, martın 24-də IOC koronavirus pandemiyası ilə əlaqədar Oyunların 2021-ci ilə təxirə salınmasına qərar verib. Hələlik olimpiadaya vəsiqələrin 57 faizi sahiblərini tapıb. Lisenziyalardan 15-ni Azərbaycan idmançıları qazanıblar. Tokio-2020-də 11 min idmançı iştirak edəcək.

CBCsport
02 Iyun 2020
01 Iyun 2020
B.eÇ.aÇC.aCŞB