TOP 10

Zubir "yox" dedi - fikrini dəyişdi

Futbol
Tarix: 2020-03-29 16:44

"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubirin gələcək karyerasına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, fransalı futbolçu fikrini dəyişib.

 

"Kayserispor" və "Genqam"dan təklif alan və bir ara Fransaya qayıtmaq barədə düşünən 29 yaşlı hücumameyilli oyunçu artıq Azərbaycanda qalmaq seçiminə üstünlük verib. Mərakeş əsilli futbolçu həmin təklifləri rədd edib və karyeerasını "Qarabağ"da davam etdirmək qərarına gəlib. O, Ağdam təmsilçisi ilə mövsümün sonuna qədər olan müqavilə müddətini yeniləməyə hazırdır. Ancaq hər şey klubun təklifindən asılı olacaq.

 

Qeyd edək ki, Zubir "Qarabağ"a 2018-ci ilin yayında "Lans"dan keçib (apasport.az).
 

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB