TOP 10

"Qarabağ" üçün transfer şansı - klubundan ayrılacağına qərar verildi

Futbol
Tarix: 2020-03-29 10:36

"Fənərbaxça" futbolçusu Alper Potuk gələcəyi ilə bağlı qərar qəbul edib. Sport24.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi mövsümün sonunda İstanbul təmsilçisini tərk edəcək.

 

Qış fasiləsində "Çaykur Rizəspor", "Sivasspor", həmçinin "Qarabağ"ın təklifinə qəbul etməyən Alper maaşının 40 faiz azaldılmasına baxmayaraq, hazırkı klubunda qalmağı üstün tutmuşdu. Lakin Türkiyə millisinin üzvü bu dəfə fikrini dəyişib. Bu mövsüm əsas komandaya cəlb olunmayan futbolçu mövsümün sonunda təklifləri nəzərdən keçirməyə hazırdı.

 

Üstəlik, "Fənərbaxça" Alperlə müqaviləyə qarşılıqlı razılıqla xitam verməyə hazırdır. Bu isə o deməkdir ki, "Qarabağ" mövsüm bitdikdən sonra türkiyəlini sərbəst futbolçu kimi heyətə qata bilər. Ancaq onun Türkiyə Super Liqasından bir neçə klubun maraq dairəsində olması Azərbaycan çempionunun işini çətinləşdirir.

 

Qeyd edək ki, Alperun "Fənərbaxça" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB