TOP 10

"Qarabağ"ın legionerinin qohumları koronavirusa yoluxub, özlərinin Azərbaycanda olmalarını avantaj sayır: "Ərzaq almaq mənim boynuma düşür, bişirmək isə onun"

Futbol
Tarix: 2020-03-29 15:00

Premyer Liqamızın dayandığı, ölkəmizdə xüsusi karantin rejimi olduğu bir dövrdə yerli futbolçular kimi, legionerlər burda qalıb hadisələrin gedişatını gözləyirlər. Həmin əcnəbilər arasında qardaşlar da var. Hər halda, "Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Xayme Romeronun qardaşı Daniel Romero da burda çıxış edir. Gənc futbolçu Ağdam klubunun əvəzedici heyətinin üzvüdü. Xayme Sport24.az-a müsahibəsində koronavirus pandemiyası dövründə qardaşıyla günlərini necə keçirmələrindən.,Azərbaycanla İspaniya arasında vəziyyətin müqayisəsindən və digər məqamlardan danışıb. 

 

- Gündəlik yazsaydın, bir karantin gününü necə təsvir edərdin?
- Səhər saat 10-da yuxudan oyanırıq. Qardaşımla birlikdə səhər yeməyi hazırlayırıq. Daha sonra bir az idmanla məşğul oluruq. Əvvəllər günorta yeməyi üçün qardaşımla hansısa restorana gedirdik. İndi isə restoranlar da bağlı olduğu üçün ərzaq alıb özümüz yemək hazırlamalı oluruq. Günorta yeməyindən sonra yatırıq. Buna bizdə siesta deyirlər. Oyandıqdan sonra isə film izləyirik, oyun oynayırıq, kitab oxuyuruq, mətbuatı izləyirik. Beləcə günü keçirməyə çalışırıq. 

 

- Ev şəraitində peşəkar futbolçu nələr edə bilər ki, tonusdan düşməsin?
- Düşünürəm ki, ev şəraitində tonusu normada saxlamaq mümkünsüzdür. Bəli, evdə müəyyən təmrinləri, fiziki tapşırıqları yerinə yetirmək olar. Amma istənilən halda, bu məşq meydançasında etdiklərinlə müqayisəyə gəlmir. Evdəki məşq idman formanın tamamilə itməməsi üçün vacib olsa da, tonusu tam saxlamaq mümkün deyil. 

 

- İspaniyadakı vəziyyəti nəzərə alsaq, ölkəmizdə olmağın sənin üçün nə dərəcədə avantajdı?
- Əlbəttə, burdakı vəziyyətlə İspaniyadakı vəziyyəti müqayisə etsək, həqiqətən bizim üçün üstünlük olduğunun fərqindəyik. Bildiyiniz kimi, Vətənimizdə vəziyyət çox gərgindir. Əhali demək olar ki, küçəyə çıxmır. Görünən odur ki, burda vəziyyətin daha da pisləşməməsi üçün daha öncədən tədbirlər görülüb. Burdakı vəziyyət ordan daha yaxşıdır və təbii ki, bunu avantaj sayırıq. 

 

- Yaxın perspektivi necə görürsən: çempionat bərpa olmalıdırmı, yoxsa mövcud vəziyyətdə mövsümə yekun vurmaq lazımdı?
- İlk öncə onu qeyd edim ki, insan sağlamlığı hər şeydən önəmlidir. Ümüd edirəm ki, tez bir zamanda normal həyata qayıdacağıq və bu virusun yayılma sahəsi getdikcə kiçiləcək. Biz də istəyirik ki, futbol oynayaq. Ümüd edirəm ki, yaxın həftələrdə bu mümkün olacaq. Dediyim kimi, ilk öncə insan sağlamlığıdır. Sağlamlığımıza hər hansı zərər olmayacaqsa, oyunları keçirmək olar. 

 

- Tanıdıqlarından İspaniyada koronavirusa yoluxan, yaxud  dünyasını dəyişən varmı?
- Tanıdıqlarımdan yoluxan olub. 3-4 dostum, əmim oğlu və xalam bu virusa tutulmuşdular. Xoşbəxtlikdən simptomlar yüngül idi. Halsızlıq, hərarət və sinədə ağrıları var idi. Allaha çox şükür, müalicə olundular və artıq sağalıblar. Artıq onları koronavirus xəstəsi saymaq olmaz. 

 

- Qardaşınla bir evdə qaldığını nəzərə alsaq, ərzaq məhsullarını almaq üçün növbələşmə prinsipinə riayət edirsiniz, yoxsa daim daha gənc olan gedir?
- Ərzaq almağa, bazarlığa hər zaman mən gedirəm. Qardaşım isə yemək hazırlayır. Onun yeməkləri mənim bişirdiklərimdən daha dadlı olur. Buna görə də ərzaq almaq mənim boynuma düşür, bişirmək isə onun.

 

 

 

CEYHUN ƏLİYEV

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB