TOP 10

"Qol yağışı" və 2-ci super heç-heçə - "Sabah"la "Səbail"dən yüzfaizlik hədəfə düşmək

Futbol
Tarix: 2020-03-28 19:08

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyilə keçirilən "Azərbaycan futbolu tarixiylə baş-başa" çempionatının altıncı turunun üçüncü cütünü "Sabah" (Ruslan Abışov) və "Səbail" (Rahid Əmirquliyev) təşkil edib. 

 

Qeyd edək ki, ilk iki sual altıncı turun bütün iştirakçıları üçün eynidı. Üçüncü sual oyunçuların təmsil olunduğu klubun tarixinə həsr olunub.

 

 

"Sabah" (Ruslan Abışov)

1. Müstəqil Azərbaycanın avrokuboklarda ilk təmsilçisi hansı klub olub?

- Tovuz "Turan"ı.

 

2. Son dəfə 2013-cü ildə Naxçıvanda keçirilən Azərbaycan Super Kubokunu qalibi hansı komanda olub?

- "Xəzər Lənkəran".

 

3. "Sabah"ın Premyer Liqada oyun sayında rekordçusu kimdir?

- Saşa Stamenkoviç.

 

 

 

"Səbail" (Rahid Əmirquliyev)

- Müstəqil Azərbaycanın avrokuboklarda ilk təmsilçisi hansı klub olub?

- Tovuz "Turan"ı.

 

- Son dəfə 2013-cü ildə Naxçıvanda keçirilən Azərbaycan Super Kubokunun qalibi hansı komanda olub?

- "Xəzər Lənkəran".

 

- "Səbail"in avrokuboklarda yeganə səfər matçını keçirdiyi Rumıniyada "Universitatya Krayova"yla görüşdə əvəzetmədən sonuncu meydana daxil olan futbolçusu kim olub? Bu zaman hesab 2:2 idi.

- Eltun Yaqublu.
 

 

İştirakçılara sadəcə, afərin! Tamam, ümumi sualların öhdəsindən gəlmək olar, ancaq komandanın matçlar üçün rekordçusunu xatırlamaq!? 8 aylıq əvvəlki matçda əvəzetmədən meydana çıxan son futbolçunu yada salmaq!? Gizlətməyəcəyik, iştirakçıları çaşdırmağa çalışdıq, amma etiraf edək ki, bunun öhdəsindən gəlmədik. Bu turdan əvvələdək bizdə bir heç-neçə qeydə alınmamışdısa, bu dəfə super heç-heçəylə 2 xal qazanaraq 2-ci cüt oldu.

 

 

 

"Sabah" (Ruslan Abışov) - "Səbail" (Rahid Əmirquliyev) - 3:3
 

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB