TOP 10

Legioner voleybolçular koronavirusa görə Bakıda qalıblar

Voleybol
Tarix: 2020-03-28 18:30

Voleybol üzrə Azərbaycan Super Liqasında və Yüksək Liqasında oynayan komandaların legionerlərinin təhlükəsizlikləri nəzərə alınaraq onlar öz ölkələrinə yola salınıblar. Sport24.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, uçuşların təxirə salınması səbəbindən “Azərreyl”də çıxış edən seneqallı Mbayanq Sek və sloveniyalı Mojka Pene isə hazırda Bakıdadır.


Hər iki oyunçuya komanda rəhbərliyi lazımi şəraiti yaradıb və uyğun zamanda onların ölkələrinə dönməsinə köməklik göstəriləcəyi bildirilib.

CBCsport
30 May 2020
29 May 2020
B.eÇ.aÇC.aCŞB