TOP 10

Millimizin sabiq futbolçusu Moldova klubunda

Dünya Futbolu
Tarix: 2020-03-28 20:30

Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının və "Sumqayıt"ın sabiq futbolçusu Dmitri Nağıyev özünə yeni klub tapıb. Sport24.az xəbər verir ki, o, bundan sonra Moldovanın “Dinamo-Avto” klubunun uğurları üçün çalışacaq. Bu barədə yerli mətbuat xəbər yayıb.


Bildirilib ki, 24 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanacaq.


Qeyd edək ki, Ukrayna vətəndaşlığı da olan Nağıyevin son klubu Litva "Stumbras"ı olub. Futbolçu 2018-ci ildə "Sumqayıt"ın formasını geyinib. "Dinamo-Avto"da daha əvvəl "Bakı" klubunun yetirməsi Nurlan Novruzov da çıxış edib.

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB