TOP 10

Millimizin oyunçuları karantinə alındılar

Voleybol
Tarix: 2020-03-28 15:00

Azərbaycan millisinin voleybolçuları karantinə alınıblar. Sport24.az xəbər verir ki,  Yuliya Kərimova və Marqarita Əzizova, eyni zamanda yığmanın sabiq oyunçusu Yekaterina Jidkova təcrid ediliblər.

 

Legioner həyatı yaşayan Ukrayna əsilli voleybolçularımız Azərbaycana qayıdarkən karantinə alınıblar. Buna səbəb bütün dünyada yayılan koronavirus pandemiyası təhlükəsidir. Voleybolçular müəyyən edilmiş müddətdən sonra evlərinə buraxılacaqlar.

 

Qeyd edək ki, Marqatira Əzizova "Radomka" (Polşa), Yekaterina Jidkova "Sarıyer Bələdiyəsi" (Türkiyə), Yulia Kərimova isə "Makkabi"də (Hayfa, İsrail) çıxış edir (apasport.az).

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB