TOP 10

Polşa klubunun futbolçusu: "Mənə Azərbaycandan təklif oldu"

Futbol
Tarix: 2020-03-28 14:41

Polşanın "Rux" klubun müdafiəçisi Yuri Romanyukun karyerasını Azərbaycanda davam etdirmək variantı olub. Sport24.az xəbər verir ki, 22 yaşlı ukraynalı futbolçu son vaxtlar aldığı təkliflər arasında ölkəmizin də olduğunu açıqlayaraq, klubun adını çəkməyib: “2019-cu ilin sonunda mənə Polşaya getmək təklif edildi. Məni maraqlandıran komanda yenicə səviyyəsini artıraraq Polşa yüksək liqasında oynamalı oldu. Moldovadan "Şerif"dən və Azərbaycandan da təkliflər var idi. Yadımdadır, "Volın"da Ukrayna Premyer Liqasında 20 oyun keçirən kimi "Zalsburq"dan mənimlə əlaqə saxladılar və ora yollanmağı təklif etdilər. Amma onda çox gənc idim və evimdən xaricə o qədər uzağa getmək təklifini nəzərdən keçirmədim. Bu, hazırkı "Red Bull"du - güclü komandadır, ancaq həmin vaxt onun haqda heç kim eşitməmişdi".

 

 

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB