TOP 10

Rəcəbovu İddiaçılar Turnirində əvəzləyən şahmatçı: "Teymur haqlı idi"

Şahmat
Tarix: 2020-03-28 14:00

Teymur Rəcəbovun COVID-19 infeksiyasına görə iddiaçılar turnirindən imtina etməsindən sonra FIDE onu fransalı şahmatçı Maksim Vaşye-Laqrafla əvəzlədi. Sport24.az xəbər verir ki, 29 yaşlı qrossmeyster turnirin yarımçıq dayandırılması barədə danışıb: "Əvvəldən bilirdik ki, turnir istənilən gün dayandırıla bilər. Mənim üçün çətin olmadı,işimi görürdüm, hazırlaşırdım, adi bir turnir kimi idi. Hiss edirdim ki, partiyalar da kifayət qədər keyfiyyətli idi. FIDE-nin mövqeyini də anlayıram, onlar turniri keçirmək istəyirdilər. Yarışdan imtina edən Teymur Rəcəbov haqlı idi, amma Rusiyada xəstəlik çox da güclü yayılmadığından turnir sona qədər davam edə bilərdi. FIDE əlindən gələni etdi. İnanmıram ki, onları nədəsə günahlandırmaq olar".

 

Rəcəbovu turnirdə əvəz edən Vaşye-Laqraf 7 turdan sonra yarışın turnir cədvəlində liderliyi bölüşür. Beynəlxalq Şahmat Federasiyası aprelin 14-dək davam etməli olan yarışı koronavirus pandemiyasına görə təxirə salıb.

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB