TOP 10

"Azərbaycan futbolu tarixiylə baş-başa"da beşinci turun iziylə - "Qəbələ" "Zirə"ni zirvəyə daşıdı və ya gizli favoritin nəfəsi

Futbol
Tarix: 2020-03-28 12:21

Sport24.az-ın və Football24.az-ın birgə birgə layihəsi olan, PFL-in dəstəyi ilə keçirilən "Azərbaycan futbolu tarixiylə baş-başa" çempionatında beşinci turunu geridə qoyduq. Hesabat turu bir sıra sürprizlərlə yadda qalıb.

 

Dörd turdan sonra nəhayət, Qara Qarayevin təmsil etdiyi "Qarabağ" xalları bölüşdürmədi. Bu, Cavid Hüseynovun təmsil etdiyi "Zirə"yə məğlubiyyət nəticəsində reallaşdı. Yeri gəlmişkən, bu qələbə "qartallar"ın turnir cədvəlində başçılıq etməyə imkan vermədi. Bunun səbəbi təkcə özünün qələbəsi deyil, liderin gözlənilməz məğlubiyyəti də oldu. Əvvəllər heç qalib gəlməyən Asif Məmmədovun təmsilçisi olduğu "Qəbələ" "Səbail"i üstələməyə müvəffəq oldu. Prinsipcə, Rahid Əmirquliyev iki cavabın öhdəsindən gəldi və bu, yaxşı göstərici sayılır. Ancaq "qırmızı-qaralar"ın veteranı parlaq bilik göstərərək "dənizçilər" in ilk məğlubiyyətini rəsmiləşdirdi.

 

Digər iki matçda "Neftçi" (Aqil Məmmədov) "Keşlə"ni (Tərlan Quliyev) minimal hesabla, "Sabah" (Ruslan Abışov) isə "Sumqayıt"ı (İlqar Qurbanov) inamla məğlub etdi. Yeri gəlmişkən, çempionatın gizli favoriti - Rusla tədricən zirvələrə doğru qalxır. Onun komandası artıq liderin arxasından nəfəsini hiss etdirir.

 

Bu turdan sonra məğlubiyyətsiz iştirakçı qalmadı. Çempionatın intriqası isə hər matçla artır. Artıq üçüncü dəfə ardıcıl olaraq, turun sonunda liderimiz dəyişir. İndi "Zirə" turnir cədvəlində zirvəyə qalxdı. Uzun müddətmi?

 

Beşinci turun nəticələri:
"Zirə" - "Qarabağ" - 2:1, "Neftçi" - "Keşlə" - 1:0, "Sumqayıt" - "Sabah" - 1:3, "Səbail" - "Qəbələ" - 2:3.

 

1. "Zirə" 5 3 0 1 1 10-7 10
2. "Sabah" 5 2 0 2 1 11-9 8
3. "Səbail" 5 2 0 2 1 9-8 8
4. "Sumqayıt" 5 2 0 1 2 7-8 7
5. "Neftçi" 5 2 0 2 1 5-5 7
6. "Qəbələ" 5 1 0 3 1 8-9 6
7. "Qarabağ" 5 0 0 4 1 6-7 4
8. "Keşlə" 5 0 0 2 3 5-8 2

 

Bombardirlər: Ruslan Abışov ("Sabah") - 11, Cavid Hüseynov ("Zirə") - 10, Rahid Əmirquliyev ("Səbail") - 9.

 

Altıncı turda bu görüşlər olacaq: "Keşlə" - "Zirə", "Sabah" - "Səbail", "Qəbələ" - "Neftçi", "Qarabağ" - "Sumqayıt".

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB