TOP 10

"Yada düşər xatirələr": "Qarabağ" ili xal itkisiylə başa vurur, qapıçısının rekordu başlayır - VİDEO

Futbol
Tarix: 2020-03-27 23:56

Premyer Liqamızın qeyri-müəyyən müddətə dayandığı bir vaxtda "Yada düşər xatirələr" videorubrikamızı davam etdiririk Gəldik çatdıq ekvator xəttinə, keçən ilin son turuna. Dördüncü turdan mərkəzi matçı - "Qarabağ" - "Keşlə" görüşünü seçmişik. İkinci dövrəni uğursuz keçirən lider bu dəfə də xal itirdi - 2:2.

 

Halbuki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə hesabda 2 dəfə irəlidə olsa da, hər dəfə üstünlüyünü əldən verdi. "Qarabağ"ın passivində gənc yarımmüdafiəçisi Hacıağa Hacılın sayəsində avtoqol da oldu. Üçüncü dövrədə qapısında top görməyən "Qarabağ"ın qolkiperi Şahrudin Məhəmmədəliyev son dəfə həmin matçın 47-ci dəqiqəsində Tural Bayramlıdan qol buraxıb. Millimizin üzvünün "quru seriya"sı artıq 583 dəqiqədi. 

 

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB