TOP 10

Braziliyada futbolçular üç həftəlik istirahətə buraxıldı

Dünya Futbolu
Tarix: 2020-03-28 09:30

Futbol üzrə Braziliya çempionatında top qovan futbolçuların hamısı üç həftəlik istirahətə buraxılıblar. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, buna bütün dünyada olduğu kimi, Braziliyada da sürətlə yayılan koronavirus pandemiyası səbəb olub.
 

Xəbərdə bütün oyunçuların ən yaxşı halda aprelin 20-dən sonra komandalarının düşərgəsinə qayıdacağı qeyd olunub. Amma bu müddət ərzində onlar maaşlarını ala biləcəklər. Çempionat qeyd olunan müddətdə bərpa olunmayacağı halda isə oyunçuların məvaciblərində müəyyən güzəştə getməsi gözlənilir.


Braziliyada bütün milli çempionatların bərpası mayın əvvəlinə planlaşdırılıb.

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB