TOP 10

Azərbaycan futbolu tarixiylə baş-başa - "Qarabağ"ın seriyası qırıldı!

Futbol
Tarix: 2020-03-27 18:18

Sport24.az və Football24.az-ın ortaq layihəsinin, PFL-in dəstəyilə keçirilən "Azərbaycan futbolunun tarixiylə baş-başa" çempionatının beşinci turunun üçüncü cütünü Cavid Hüseynovun təmsil etdiyi "Zirə" və ən sülhsevər iştirakçı olan QÜara Qarayevin təmsilçisi olduğu "Qarabağ" təşkil edib.

.

Qeyd edək ki, ilk iki sual beşinci turun bütün iştirakçıları üçün eynidir. Üçüncü sual oyunçuların təmsil olunduğu klubun tarixinə həsr olunub.

 

 

"Zirə" (Cavid Hüseynov)

1. Azərbaycan müstəqillik qazandıqdan sonra keçirilən milli çempionatda bir mövsüm yarımçıq dayandırılıb. Bu hansı mövsümdə baş verib?

- 2001/02.

 

2. Azərbaycan çempionu olan ilk əcnəbi mütəxəssis kimdi?

- Roman Pokora.

 

3. "Zirə" Premyer Liqadakı debüt mövsümündə hansı yeri tutub?

- İkinci.

 

 

"Qarabağ" (Qara Qarayev)

1. Azərbaycan müstəqillik qazandıqdan sonra keçirilən milli çempionatda bir mövsüm yarımçıq dayandırılıb. Bu hansı mövsümdə baş verib?

- 2000/01.

 

2. Azərbaycan çempionu olan ilk əcnəbi mütəxəssis kimdi?

- Xatırlaya bilmirəm.

 

3. Qurban Qurbanov hansı mövsümdən "Qarabağ"ın baş məşqçisidi?

- 2008/09 mövsümündən.

 

 

Nəhayət, "Qarabağ"ın heç-heçə seriyası qırıldı. Qara Qarayev yalnız klubu ilə bağlı olan bir suala düzgün cavab verdi. Ağdam klubunun yarımmüdafiəçisindən fərqli olaraq, "Zirə"nin təmsilçisi yalnız klubuyla əlaqəli məsələdə dəqiq deyildi, eyni zamanda yarımçıq qalan mövsümü düzgün tapdı. Azərbaycan çempionu olmuş ilk əcnəbi mütəxəssisə gəlincə, o, Valentin Xodukin idi.
 

 

 

"Zirə" (Cavid Hüseynov) - "Qarabağ" (Qara Qarayev) - 2:1

 
 

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB