TOP 10

“Qalatasaray”da 3-cü koronavirus şoku

Dünya Futbolu
Tarix: 2020-03-27 15:00

Türkiyənin “Qalatasaray” klubunda daha bir nəfərdə koronavirus aşkarlanıb. Sport24.az xəbər verir ki, klub prezidentinin köməkçisi Yusuf Günay “Tvitter” səhifəsində bu xəstəliyə yoluxduğunu bildirib.
 

O, koronavirus testinin müsbət çıxdığını qeyd edib: “Təəssüf ki, testin nəticəsi müsbət oldu. Hazırda vəziyyətim yaxşıdı, müalicəm davam edir. Mənə dua edən dostlarıma təşəkkürümü bildirirəm”.


Xatırladaq ki, "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim də bu xəstəlikdən əziyyət çəkir.

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB